AFF-nin prezidenti: "Komandanın oyunu bir nəfərdən asılı olmamalıdır"

18.01.2012 | 6788 dəfə oxunub

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın saytına müsahibə verib. Stadium.az həmin müsahibəni diqqətinizə çatdırır:


Bugünlərdə başa çatan V Bakı Beynəlxalq Futzal Turniri ilə bağlıtəəssüratlarınız necədir?
- Bildiyiniz kimi, bu ayın sonunda Xorvatiyada Avropa çempionatının final  mərhələsinin oyunları başlayacaq. Qitəmiqyaslı yarışda mübarizə aparacaq Ukrayna, Türkiyə və Azərbaycan milli komandaları üçün V Bakı Beynəlxalq Futzal Turniri yaxşı hazırlıq mərhələsi oldu. Azarkeşlər biri-birindən maraqlı və həyəcanlı oyunlar izlədilər. Turnirdə iştirak edən Özbəkistan millisi isə may ayında Asiya çempionatında iştirak edəcək. Düşünürəm ki, Avropanın aparıcı komandaları ilə qarşılaşmaq onların hazırlığına müsbət təsir göstərdi. Turnirdə iştirak edən komandalar təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirdilər.
 
- Əvvəlki 4 turnirdə milli komandamız birinci yeri tutmuşdu. Lakin bu dəfə kubok Ukraynaya getdi...
- Son illər futzal üzrə Ukrayna milli komandası böyük nailiyyətlər əldə edir. Onlarla daha əvvəl qarşılaşmışdıq. İlk dəfə idi bizi məğlub etdilər və turnirin qalibi oldular. Ukrayna komandası əzmkar oyunlar nümayiş etdirdi. Gennadi Lisençukun rəhbərlik etdiyi komanda həm fiziki, həm də texnik-taktiki hazırlıq baxımından çox yüksək səviyyədədir. Bunun nəticəsi idi ki, ardıcıl üç qələbə qazanıb turnirin qalibi oldular.
 
- Milli komandamızın oyunlarını necə qiymətləndirirsiniz?
- Son 4-5 ayda heyətlə bağlı çətinliklərlə üzləşmişik. Bildiyiniz kimi, Biro Jade zədəlidir. Andrey Tveryankin, Vitali Borisov, Rizvan Fərzəliyev və Rəcəb Fərəczadənin yaxşı formada olmamaları məni narahat edir. Milli komandanın üzvləri ilə görüşümüzdə bunu onların nəzərinə çatdıracağıq. AÇ-nin final mərhələsinə az vaxt qalıb. Onlar öz üzərlərində daha çox çalışmalıdırlar ki, ölkəmizi Avropa çempionatında layiqincə təmsil etsinlər.
 
- Sizi narahat edən əsas çatışmazlıq nədir?
- V Bakı Beynəlxalq Futzal Turnirində keçirdiyimiz oyunları futzalçılar və məşqçilərlə birlikdə izləyib müzakirə edirdik. Komandanın müdafiə xətti olduqca zəif təsir bağışladı. Demək olar ki, müdafiə oluna bilmirdik. Bunun da əsas səbəbi futzalçıların birlikdə az oyun keçirmələridir. Əvvəllər hamısı bir klubda çıxış edirdi. Bu da nəticədə öz əksini tapırdı. İndi isə əksəriyyəti ayrı-ayrı klubların formasını geyinir. Onların meydanda bir-birini yaxşı başa düşmədiyi hiss olunur. Əsas çatışmazlıq kimi bunları qeyd edə bilərəm. Vaxtımız azdır. Çalışmalıyıq ki, komandanı 2010-cu ildəki səviyyəyə çatdıraq.
 
- Komandamızın Avropa çempionatında şanslarını necə qiymətləndirirsiniz?
- Birinci oyun hər zaman çətin olur. İlk oyunda Portuqaliya yığması ilə qarşılaşacağıq. Son 3-4 görüşdə Portuqaliya millisinə oyun ərzində məğlub olmamışıq. 2010-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında onlara penalti seriyasında məğlub olmuşduq. Həmin görüşdə Portuqaliya millisinin lideri Rikardinyo bizə qarşı oynamırdı. Ancaq bu il heyətdə yer alıb və bizə qarşı mübarizə aparacaq. Təbii ki, bu, öz təsirini göstərəcək.
Millimizin xeyli vaxtdır zədəli olan üzvü Biro Jade bu dəfə də forma geyinə bilməyəcək. Futzalçılarımız bilməlidirlər ki, komandanın oyunu bir nəfərdən asılı olmamalıdır. Hamı oynamalı, sonacan mübarizə aparmalıdır.
Qrupda komandaların şansları, demək olar ki, eynidir. Qarşıdakı qısa vaxt ərzində komandanı həm fiziki, həm texniki-taktiki, həm də psixoloji cəhətdən yaxşı hazırlayıb uğurlu nəticələrə qazanmalıyıq.
Yeri gəlmişkən, ötən ilin dekabr ayında dünya çempionatının əsas seçmə mərhələ oyunlarını və V Bakı Beynəlxalq Futzal Turnirini yüksək səviyyədə təşkil etdiyi üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Həm dünya çempionatının əsas seçmə mərhələsində, həm də Bakı Beynəlxalq Turnirində keçirdiyimiz oyunlarda milli komandamızı sonacan dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail