Mübariz Xudiyev: "Uşaq futboluna diqqət "Neftçi"də prioritet məsələlərdəndir"

18.01.2012 | 14170 dəfə oxunub

"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Dəri top" turnirinin qalibi olub. Stadium.az xəbər verir ki, klubun icraçı direktoru Mübariz Xudiyev, U-14 komandasının baş məşqçisi Araz Qulamov və komandanın kapitanı Əli Şirinov bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib.

Mübariz Xudiyev: "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov uşaq futboluna diqqət və qayğı ilə yanaşır. Bu, klubumuzda prioritet məsələlərdəndir. Bundan irəli gəlir ki, "Neftçi" PFK-nın aşağı yaş qruplarından ibarət komandaları AFFA-nın bayrağı altında keçirilən turnirlərdə uğurla çıxış edirlər. 14 yaşlı futbolçulardan ibarət komandamız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Dəri top" turnirinin qalibi olub. Üstəlik, "Neftçi"nin əvəzediciləri isə əsas komanda kimi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcəklər".

Araz Qulamov: "Neftçi" Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Dəri top" turnirinin qalibi oldu. Yarışda MDB və Baltikyanı ölkələrdən olan 16 komanda mübarizə aparırdı. Azərbaycanı qonşu ölkədə layiqincə təmsil etdiyimiz üçün qürur hissi keçiririk. Belə turnirlər yeniyetmə futbolçuların təcrübələrini artırmaq baxımından çox əhəmiyyətlidir. Bizə belə bir şərait yaratdığına görə "Neftçi" PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm".

Əli Şirinov: "Dəri top" turnirinin qalibi olduğumuz üçün çox sevincliyik. MDB və Baltikyanı ölkələrdən olan müxtəlif komandalarla oynayaraq, təcrübə topladıq. Bizə bu cür şərait yaratdığına görə "Neftçi" PFK-nın rəhbərliyinə minnətdarıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail