Bordin: "Ciddi bir şey olsa əvəzetmə edərdik"

25.11.2018 | 4046 dəfə oxunub

Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XII turunda səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, italiyalı mütəxəssis qələbəni şərh edib:

- Yaxşı oyun göstərmək istəyirdik. Futbolçularım əllərindən gələni etdilər, onlardan razı qaldım. Güclü komandaya qarşı oynadıq. Bir daha komandanı təbrik edirəm.

- Komandada ciddi itkilər var. Onların durumu necədir, növbəti oyuna hazır olacaqlar?

- Bizim yaxşı kollektivimiz var və bu, bizim fərqimizdir. Zədəli futbolçuların olması futbolda baş verən şeylərdi. Ümid edirəm ki, onlar tezliklə komandaya qoşulacaqlar.

- Oyunun əvvəlində Dario Frederiko ilə aranızda problem oldu. Hətta onu əvəzləmək istədiniz, ancaq sonradan fikrinizdən daşındınız. Braziliyalı futbolçunu hansısa cəza gözləyir?

- Normal haldır, oyun zamanı məşqçi futbolçu ilə danışır. Ciddi bir məsələ deyil. Əgər ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik. Darionun oyunundan razı qaldım.

- Rəhman Hacıyevi uzun müddətdən sonra start heyətində gördük. Onun oyunu sizi razı saldı?

- Tam razıyam. Bəzi epizodlarda qol vura bilərdi, əfsuslar olsun ki, alınmadı. Lakin göstəricilərindən razı qaldım.

- Paratskinin yoxluğunda “Neftçi” daha çox hücum futbolu oynadı və bunda Hacıyevin əməyi danılmazdır. Bundan sonra komandanız bu heyətlə oynamağa üstünlük verəcək?

- Bizim yaxşı kollektivimiz var və hər zaman dəyişiklik edə bilərik. Mən hər oyundan öncə məşqlər əsasında seçim edirəm. Rəhmanın komandamıza kömək etməsi yaxşı haldır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail