"Qəbələ" 11 qolla qalib gəlib çempion oldu

19.01.2012 | 11120 dəfə oxunub

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası “Riga Open Cup 2012”nin qalibi olub. Stadium.az xəbər verir ki, yanvarın 18-də turnirin son oyununda “Riga FC” ilə qarşılaşan “Qəbələ” “rəqibin daşını daş üstə qoymayıb”: 11-1.

Bu darmadağından sonra xal hesabını 13 çatdiran  təmsilçimiz çempionluq kubokunu başı üzərinə qaldırıb. Komandamıza kuboku  AÇ-2004-də Latviya milli komandasının kapitanlıq sarğısını daşıyan Mixail  Zemlinski təqdim edib.

Həlledici matçda Fərid Nəbiyev (3), Cavidan Qasımlı (3), Elvin İmanlı (2), Əli Məzahirli, Faiq Hacıyev, Murad Qayalı fərqlənib.  Turniri “Dinamo”  10 xalla ikinci, “Super Nova” isə 7 xalla 3-cü yerdə yekunlaşdırıb. “Riga Open Cup 2012”nin ən yaxşı oyunçusu yekdilliklə Cavidan Qasımlı seçilib. Turnirin ən sərrast futbolçusu nominasiyasının qalibi də “Qəbələ”nin heyətində yer alıb. Bu rəqibləri 8 dəfə məyus edən Elvin İmanlıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail