İndiyədək qitəmiqyaslı yarışlarda 99 matç keçirən təcrübəli müdafiəçi azərbaycanlı futbolçular arasında rekordçudu. “Sportinq”ə qarşı görüşlə isə o, 100 və daha artıq oun keçirən ilk yerli oyunçu olacaq.
Sadıqov bu rəqəmə 3 klubda çatıb: “Neftçi”, “Kayserispor” və “Qarabağ”. 2001-ci ildə UEFA Kubokunda “Neftçi”nin “HİT Qoritsa” ilə matçında debüt edən Rəşad “ağ-qaralar”ın heyətində ümumilikdə 18 görüş keçirib. Legioner kimi “Kayserispor”da 5 oyuna çıxan müdafiəçi “Qarabağ”da 76 dəfə oynamaq imkanı qazanıb.
Sadıqov 99 görüşdə 7 dəfə fərqlənməyi bacarıb. Qollardan 2-i “Neftçi”də, 5-i isə “Qarabağ”da çıxış edərkən qeydə alınıb.
Rəşad 99 matçın 31-ni Çempionlar Liqasında, 58-ni UEFA Kuboku/Avropa Liqasında (6 qol), 10-nu İntertoto Kubokunda (1 qol) keçirib. O həm də Avropa Liqasında ən çox oyun keçirən azərbaycanlı futbolçudu və bütün Avropa üzrə ilk “50-lik”dədi.