"Biz bunu bacaracağıq" - Halldorsson

28.11.2018 | 4233 dəfə oxunub

"Sportinq” böyük komandadır. Bizim üçün vacib oyundur. Qalib gəlsək, şanslarımızı saxlamış olacağıq. Bu möhtəşəm stadionda oynamaq bizim üçün hər zaman xoşdur”. 

Bu sözləri “Qarabağ”ın qapıçısı Hannes Halldorsson Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Sportinq”lə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı görüşlə bağlı fikirlərini açıqlayan islandiyalı qolkiper qrupdan çıxmaq şanslarını dəyərləndirib: “Qrupdan çıxa bilərik. Düşünürəm ki, hər şey mümkündür. Sabah qələbə qazansaq, irəliyə doğru böyük addım atmış olacağıq. İnanıram ki, biz bunu bacaracağıq". 34 yaşlı qapıçı “Sportinq”lə matçda qəhrəman olmaq deyil, yaxşı nəticə qazanmaq haqda düşündüyünü bildirib: “Ümumiyyətlə, qəhrəman olmaq üçün məşqlərdə əlindən gələni etməlisən. Mən buna köklənmirəm ki, sabah kim qəhrəman olacaq. Əsas odur ki, öz işini düzgün görüb, yaxşı nəticə qazanasan. Başqa komanda yoldaşın da qəhrəman ola bilər”.

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail