"Qarabağ" modern komandadır" - "Sportinq"in baş məşqçisi
İlk növbədə hədəfimiz qələbə qazanmaqdır. Bunu da baxımlı oyunla əldə etmək istəyirik. Təbii ki, hər şeydən əvvəl bizim üçün qalibiyyət önəmlidir”.
Stadium.az xəbər verir ki, bunu “Sportinq”in baş məşqçisi Marsel Keyzer Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb. - Sabahkı oyunda qələbə qazanmasanız belə, növbəti mərhələyə adlaya bilərsiniz. Matça yanaşmanız necə olacaq? - Biz öz oyunumuza köklənməliyik. “Arsenal”ın oyunundan nə dərəcədə kömək gələcək, bu, ikinci dərəcədir. Şad xəbər gələr, lap yaxşı. Ancaq biz ilk növbədə özümüz qələbə qazanmağa çalışmalıyıq. - Artıq 3 həftədir komandada işləyirsiniz. Bu müddətdə futbolçularla bağlı kifayət qədər məlumat əldə etmisinizmi və heyətdə hansı dəyişikliklər gözlənilir? - Baş məşqçi çox çalışdıqda komandasını daha yaxşı tanıyır. Hər həftə nəsə öyrənirəm. Dəyişiklik təkcə oyunçularla deyil, oyun komponentləri ilə də etmək olar. Məsələn, pressinq və digər məqamlar. Müəyyən vaxt lazımdır ki, hər şey qaydasına düşsün. - Futbolçulardan sizi ən çox təəccübləndirən kim oldu? - Oyunçular haqda fərdi danışmaq istəmirəm. Ölkə kubokundakı oyunu yaxşı keçirdik və 4 qol vurduq. Daha sonra hər şeyi öz aramızda müzakirə etdik. - “Sportinq”in Avroliqa oyunlarını izlədikdə nələri gördünüz? - Əlbəttə ki, komandada ruh yüksəkliyi görmüşəm. Sabah da bunu gözləyirəm. Belə olan halda qələbə gələ bilər. - Qələbəyə kökləndiyinizi dediniz. Məğlubiyyətə necə, hazırsınızmı? - Hər iki komanda sabah qələbə üçün oynayacaq. Bu da oyunu maraqlı edir. - Adətən rəqib öncədən araşdırılır. Qarabağ adının nə məna kəsb etməsi barədə məlumatınız varmı? - Əvvəla deyim ki, “Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin 3 oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. “Qarabağ” haqda eşitmişəm. Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir. - Heyətinizdə kifayət qədər itkilər var. Çıxış yolunu nədə görürsünüz? - Yaxşı komanda təkcə 11 oyunçudan ibarət deyil. Bizim 25 futbolçumuz var. Düzdür, heyətdə problemlər var və bura 18 oyunçu ilə gəlmişik. İstənilən halda sabahkı matçda futbolçularımızın yaxşı çıxış edəcəklərinə inanıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |