Emin İmaməliyev: "Düzgün yoldayıq"

28.11.2018 | 5818 dəfə oxunub

İlk oyunu yaxşı təhlil etmişdik. Bilirdik ki, rəqib cinahlardan yaxşı oynayır. Bu üzdən cinahları bağlamağa çalışdıq. Komandamız Qəbələdə keçirilən ilk matçdan daha yaxşı oynadı. İlk qol epizodunu yaratdıq, penalti qazandıq. Təəssüf ki, qol vura bilmədik. Bəlkə də hesabı açsaydıq, oyunun axarını öz xeyrimizə dəyişə, rəqibi tələskənliyə məcbur edib bundan maksimum yararlana bilərdik

Bu sözləri "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının ikinci mərhələsinin cavab oyunu çərçivəsində "Herta" 0:1 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib. "Düşünürəm ki, düzgün yoldayıq. Bu rəqiblə onların meydanında başabaş oynamaq futbolçularımız üçün həm də bir təcrübə oldu. Gələcək matçlara daha yaxşı hazırlaşıb, irəli gedə bilərik. Futbolçularımız çox yaxşı oynadılar. Onların hamısı istəkli idi, qələbə qazanmaq istəyirdi. Belə qarşılaşmada meydanı qol vurmadan tərk etməyimiz bir az üzücü oldu. Oyunçularımız çox əziyyət çəkdilər. Ən sevindirici məqam isə odur ki, düzgün oynamağa çalışdılar, həm rəqibə imkan vermədilər, həm də top bizdə olanda düzgün qərarlar qəbul etdilər” - deyə o bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail