"Qarabağ"lıların yubiley oyunu

10.12.2018 | 3759 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIV turu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Stadium.az xəbər verir ki, “Zirə” ilə səfər oyunundakı 6:0 hesablı qələbədə qolla pay sahibi olan Mahir Mədətovla Dani Kintana yubiley qeyd edib. Hər iki oyunçu Premyer Liqada 25-ci qolunun sevincini yaşayıb. Hamısı “Qarabağ”ın heyətində olmaqla 73-cü görüşünə çıxan Kintana het-trik müəllifi olub. Bu matçadək 23 qol vuran ispaniyalının 34-cü dəqiqədə “Zirə”nin qapısından keçirdiyi özünün 2-ci topu yubiley xarakteri daşıyıb. Kintana oyunun sonunadək qol sayını 26-ya da çatdırıb. Dani həm də Mahirdən sonra cari mövsümdə het-trikə imza atan 2-ci futbolçudu. 42-ci dəqiqədə fərqlənən Mədətov isə Premyer Liqadakı 25-ci qoluna 90-cı matçında imza atıb. Bütün qollarını “Qarabağ” formasında rəqib qapılarından keçirən gənc hücumçu bu oyunların 74-nə Ağdam klubunun heyətində çıxıb. Qeyd edək ki, “Qarabağ”ın “Zirə” üzərindəki qələbəsi mövsümün rekordu ilə də əlamətdar olub. Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsinə imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail