"Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir"

11.03.2019 | 5738 dəfə oxunub

"Neftçi”nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, Premyer Liqanın 20-ci turunda "Sumqayıt"ın qapısına qələbə qolunu vuran gənc futbolçu qalibiyyətdə azarkeşlərin də böyük pay sahibi olduğunu bildirib:

"Çətin oyun oldu. Turnir cədvəlində vahid lider olmaq baxımından da çox vacib 3 xalı qazandıq. Qolu kimin vurması önəmli deyil, əsas odur ki, qalib gəldik. Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir. Hər dəfə olduğu kimi, növbəti oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq, 1-ci pilləni əldən verməyək. Yeri gəlmişkən, bu qələbədə azarkeşlərimizin də payı böyükdür. Buna görə onlara təşəkkür edirəm”.

"Sumqayıt" - "Neftçi" oyunu paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail