"Qəbələ" və AFFA-dan ortaq layihə

27.01.2012 | 5032 dəfə oxunub

“Qəbələ”  Futbolun Kütləviləşdirilməsi Departamenti  AFFA ilə birlikdə Qəbələ rayonunda yerləşən məktəblər arasında “Coca Cola”  turnirinə start verir. Stadium.az xəbər verir ki, turnir fevral, mart və aprel aylarında baş tutacaq.
 
“Qəbələ” FK FKD artıq ikinci dəfədi ki, AFFA ilə birlikdə belə  bir turnirə imza atır. Turnir Qəbələ şəhər və kənd məktəblərini əhatə etməklə 7-ci sinifdə oxuyan məktəbli oğlan və qızların iştirakı ilə reallaşdırılacaq. 
 
Oyunlar “Qəbələ” FK-nın mərkəzi stadionunda keçiriləcək. Bu barədə gabalafc.az-a məlumat verən departamentin rəhbəri Co Doyl bu turnirin məktəblilərin həyatında böyük futbol təcrübəsi olacağını söyləyib: “Qəbələli oğlan və qızların “Qəbələ” Futbol Klubunun futbolçularının oynadığı yerdə futbol oynaması  onlar üçün çox böyük təcrübə olacaq. Bu həmçinin məktəblilərin futbol bacarıqlarını nümayiş etdirmələri üçün böyük imkan yaradacaq. Bu yolla biz məktəblilər arasından istedadı olanları seçə biləcəyik və onları Azərbaycan futboluna qazandırmağa səy göstərəcəyik.” 
 
Turnirin final görüşü “Qəbələ”nin premyer liqa görüşündən öncə baş tutacaq. Qalib  komanda Bakıda AFFA-nın təşkil etdiyi respublikanı əhatə edən turnirdə Qəbələni təmsil edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail