"Qarabağ" "Vasluy"la sülh bağladı

27.01.2012 | 5479 dəfə oxunub

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıq çərçivəsində üçüncü yoxlama matçına çıxıb. Stadium.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərliyindəki komanda Rumıniyanın "Vaslui" klubu ilə qarşılaşıb.

İlk hissəsi qolsuz başa çatan oyunda hesab ikinci hissədə açılıb. "Vaslui" "Qarabağ"ı cəzalandırsa da, təmsilçimiz tezliklə cavab verib və oyun sülhlə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" Türkiyədəki ilk matçında Qazaxıstanın "Taras" komandasına 0:1, ikinci oyunda isə Avstriyanın "Rid" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.

Yoxlama oyunu
27 yanvar

Qarabağ - Vaslui - 1:1 (0:0)
 
"Qarabağ"ın start heyəti: Boyan Pavloviç, Zaur Həşimov, Admir Teli, Maksim Medvedev, Ansi Aqolli, Nassir, Namiq Yusifov, Vüqar Nadirov, Georgi Adamiya, Rəşad Sadiqov, Bəxtiyar Soltanov.

47. Zaur Həşimovdan keçən hücumçuya qarşı kobudluq hakim tərəfindən penalti ilə qiymətləndirilir və rəqib hesabı açır - 0:1
59. Vaqifin cərimə zərbəsini Zaur dəqiq zərbə ilə yekunlaşdırır - 1:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail