"Belə havada yaradıcı futbol oynamaq mümkün deyil"

31.03.2019 | 4772 dəfə oxunub

"Ağır oyun oldu. Həm rəqibə, həm də meydançaya qarşı oynadıq”. Stadium.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Kiril Petrov Premyer Liqanın 22-ci turunda “Keşlə” üzərində qazandıqları səfər qələbəsindən (1:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan ukraynalı futbolçu “ASK Arena”nın süni örtüklü meydançası ilə yanaşı, hava şəraitinin də futbol oynamağa imkan vermədiyini söyləyib: “Hava şəraiti də münasib deyildi. Meydança ilə yanaşı, külək hər iki komandaya problem yaratdı. Belə havada yaradıcı futbol oynamaq mümkün deyil. Amma biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Şadıq ki, sonda 3 xal qazandıq”.

Çempionluq yolunda əsas rəqibləri olan “Qarabağ”ın aprelin 1-də “Sumqayıt”la səfərdə keçirəcəyi oyuna da toxunan Petrov “gənclik şəhəri” təmsilçisinin Ağdam klubunu büdrədəcəyinə ümid edir: “Bu, futboldur. Hər komanda bir-birindən xal ala bilər. Ümid edirik, “Sumqayıt” “Qarabağ”ı büdrədib, bizə kömək edəcək. Amma bu, sadəcə, idmandır. Qoy, kim güclüdürsə, o da qalib gəlsin. Hər bir komandaya uğurlar arzu edirəm”.

Təcrübəli futbolçu sonda çempionluq şanslarını da dəyərləndirib: “Bizim kimi onların da şansı var. Hazırda birinci pillədəyik. Son tura qədər ilk sırada qalmaq istəyirik. Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik. “Neftçi” çoxdandır çempionluğu qazana bilmir. Hamımız buna köklənmişik”.

“Neftçi” səfərdə “Keşlə”ni Emin Mahmudovun penaltidən vurduğu qolla məğlub edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail