"Xəzər Lənkəran"dan "3-ü 1-də" - FOTO

28.01.2012 | 4341 dəfə oxunub

Yanvar ayının 16-dan başlayaraq Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, komanda artıq buna qədər iki yoxlama oyununda qüvvəsini sınayaraq, hər iki oyunda qalib gəlib.

Komanda ilk oyununda Türkmənistan yığmasını 3:1, Almaniyanin “Wolsfburg” klubunun ikinci komandasını isə 2:1 hesabı ilə məğlub edib.
 
Futbolçuların daha səmərəli və effektiv hazırlıgını davam etdirmək məqsədilə klub rəhbərliyi komandanın qaldığı “Spice” otelini yüksək səviyyəli “Gloriya Golf” otelinə dəyişib. Gündə iki dəfə olmaqla məşqlərini davam etdirən komandanın düşərgəsində yüksək əhval-ruhiyyə mövcuddu. Futbolçular arasında hər hansı zədəli oyunçunun olmaması da məşqçilər korpusunu sevindirən məqamlardandı.
 
Bu arada “Xəzər Lənkəran” klubunun fasilə dönəmində transfer etdiyi hər üç malili futbolçu da artıq 3 gündü ki, komanda ilə birgə Türkiyədəki hazırlıqda iştirak edir. Bundan başqa məşqçilər korpusu daha bir neçə futbolçunun transferini həyata keçirmək üçün klub rəhbərliyi ilə birgə danışıqları davam etdirir.
 
"Xəzər Lənkəran" növbəti yoxlama oyununa yanvar ayının 29-da çıxacaq. Növbəti rəqib Qazaxıstanın “Atırau” klubudu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail