Ayxan Abbasov: "Bu barədə danışsam, başqa cür başa düşərlər"

28.04.2019 | 5956 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Neftçi"yə səfərdə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əlbəttə, bu səfər matçının çətin olacağını bilirdik. Çünki "Neftçi" çempionluğa oynayan komandadır. Ancaq bizim durum da bəllidir, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Çalışdıq ki, heyətdə balans yaradaq. Futbolçularımız alışıb yanırdılar. Xüsusilə də gənclər. Fəxr edirəm ki, belə futbolçularım var.

- Belə düşünmək olardı ki, çempionatı kuboka qurban verəcəksiniz. Qələbəyə inamınız vardı?

- Əlbəttə. Kuboku da fikirləşirik. Onu heyətdə də gördünüz. Bəzi futbolçularımıza istirahət vermişdim. Bu gün meydana buraxdıqlarıma inanıram. İnanmadıqlarımız bizimlə deyillər. Bəlkə də bu 2 gün oyuna ən rahat hazırlaşdığımız idi. Baxşəli Baxşəliyevin ilk oyunu idi. Futbolçularımızı təzyiq altında saxlamadıq. İlk hissədə taktiki tapşırıqlarımızı yerinə yetirdik. Ancaq ikinci hissədə çətin anlar oldu, bəzi dəyişiklikləri etdik. Futbolçularıma həmişə inanmışam.

- "Neftçi"nin sizdən çəkdiyi nədir?

- (gülür) Nə mənada?

- Bu mövsüm o qədər büdrətmisiniz ki..

- Bu barədə danışsam, başqa cür başa düşərlər. Çalışmışam ki, komandamı yaxşı hazırlayım. Uda bilmədiyim komandalar da var. "Neftçi" ilə oyunlar bir az maraqlı olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail