Georgi Haci: "Bakı" güclü komanda olduğunu göstərdi"

30.01.2012 | 6075 dəfə oxunub

"Bakı"nın Antalyada Rumıniya təmsilçisi "Panduri"yə qarşı yoxlama oyununu izləyənlər arasında tanınmış futbol mütəxəssisi, "Qalatasaray"la UEFA kuboku və UEFA superkubokunu qazanmış futbolçu, Rumınıya milli komandasının heyətində 125 iyun keçirirərək 35 qola imza atan əfsanəvi George Hacı da var idi.

Stadium.az xəbər verir ki, vaxtilə "Real" (Madrid) və "Barselona" kimi nəhəng klubların formasını geymiş Hacı karyerasını bitirəndən sonra məşqçilik fəaliyyəti ilə məşğul olur.

Türkiyədə “Bursaspor”, “Qalatasaray”, Rumıniyada “Styaua” kimi komandalara da rəhbərlik edib. Hacı 2001-ci ildə Rumıniya milli komandasının sükanı arxasına da keçib.

"Bakı" - "Panduri" oyununu izləyən əfsanəvi futbolçu Hacı görüşlə fikirlərini bölüşüb: “Panduri” və “Bakı” arasında keçirilən yoxlama görüşünə bizim ölkədə böyük maraq var. Təsadüfi deyil ki, bu oyun canlı yayımlanır.

Mən Antalyada olduğumdan bu görüşü canlı izləmək qərarına gəldim. Azərbaycanda bir çox tanışlarım var, onlarla tez-tez əlaqə saxlayıram. Dostlarım mənə sizin ölkənizdə futbolun sürətlə inkişaf etdiyini deyirlər. Görürəm ki, həqiqətən də, belədir.

Azərbaycanda futbolun inkişafına önəm verən 1 nömrəli komanda, məhz, “Bakı”dır. Bu barədə məlumatım var. Klubunuz futbol naminə böyük işlər görür, bu təqdirəlayiqdir.

Oyuna gəldikdə, qeyd edim ki, komandanızın heyətində səviyyəli futbolçular var. Sadəcə olaraq, onların bir-birilərinə tam uyğunlaşmadıqları görünür. Qol vura bilməsələr də, tez-tez qol epizodları yaradırlar. "Bakı" güclü komanda olduğunu göstərdi. Bu komandanın gələcəyini görürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail