Sənan Qurbanov: "Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək"

05.05.2019 | 5197 dəfə oxunub

"Son ev oyunumuz idi. Qalib gəlmək, son turadək mübarizə aparmaq istəyirdik. Amma alınmadı". Stadium.Az xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis əvvəlci məğlubiyyəti şərh edib:

"Dörd gündən bir oynamaq bir az yorğunluq yaratmışdı. Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, “Neftçi” hesabı açdı. Futbol belədir. İkinci hissədə dəyişikliklər etdik. Oyunun axarını dəyişmək istəyirdik. Futbolçular pis təsir bağışlamadı. İrəli baxmaq lazımdır. Məğlubiyyət həmişə pisdir. Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək".

S. Qurbanov son turda və ölkə kubokunun finalında "Sumqayıt"la keçirəcəkləri oyunlara da toxunub: "Kubokun finalına yüksəlmişik, futbolçular böyük iş görüblər. Bizə pozitivlik lazımdır. Futbolçulara sonadək mübarizə aparmağı aşılamağa çalışmışdıq. Amma zədələrdən ehtiyatlanırdıq. Bəhlul Mustafazadənin ayağında ağrılar olduğu üçün əvəzləndi. Bizə sağlam, tapşırığı yerinə yetirən futbolçular lazımdır. Çalışacağıq ki, “Sumqayıt”la həm son turun, həm də kubokun oyununa eyni heyətlə çıxaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail