AFFA Miçelin milliləşdirilməsi xəbərini təkzib etdi

02.07.2019 | 4624 dəfə oxunub

AFFA "Qarabağ"ın futbolçusu Miçel Madeyranı milliləşdirmək istəmələri ilə bağlı iddiaya münasibət bildirib. Stadium.Az xəbər verir ki, milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla “Report”a bildirib ki, hazırda AFFA-nın gündəmində belə bir məsələ yoxdur. O, bununla bağlı İspaniya mətbuatında yer alan xəbəri əsassız adlandırıb:

“Miçel Azərbaycan vətəndaşlığı almaq üçün qanunvericilikdə tələb olunan şərtlərdən birinə uyğun gələ bilər. Bu da Azərbaycanda 5 il yaşamaq məsələsidir. Ancaq ispaniyalı futbolçu 2015-ci ildən ölkəmizdə çıxış edir. Yəni, hazırda belə bir şey mümkün deyil. Digər tərəfdən, hansısa futbolçunun milliləşdirilməsi üçün ilk növbədə baş məşqçinin istəyi və oyunçunun razılığı olmalıdır. Yalnız bundan sonra AFFA FIFA-nın qaydalarına uyğun olaraq, milliləşdirmə ilə bağlı hüquqi prosedurlara başlaya bilər. Hazırda Miçellə bağlı belə bir məsələ müzakirə mövzusu deyil”.

Gələn il Miçelin Azərbaycanda yaşamasının 5 ili tamam olacaq. FİFA qaydalarına əsasən, bu halda futbolçunun həmin ölkənin yığmasında çıxışına icazə verilir. 34 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl "Qarabağ"la müqaviləsinin müddətini 2 il uzadıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail