"Arsenal"ın baş məşqçisi: "Hamımız birgə məğlub olduq"

26.07.2019 | 5264 dəfə oxunub

"Çox şey alınmadı. Rəqibin ilk dəqiqələrdən tətbiq etdiyi pressinqdən çıxa bilmədik". Stadium.Az xəbər verir ki, bu sözləri Rusiya "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları  Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, hələ mərhələ keçmək şanslarını saxlayıblar: "Neftçi" müdafiədə çox əla oynadı. Futbolçularımızı bağladılar. Uduzduq, belə alındı. Amma cavab matçı var. Bu gün 0:0 olsaydı belə, səfərdə qol vurmalıydıq. "Neftçi" hər il Avrokuboka gedən komandadır, təcrübələri çoxdur. İlk 5 dəqiqədə öz meydanımızdan çıxa bilmirdik. Rəqib çox yaxşı pressinq etdi. Buna hazırlaşmışdıq, amma alınmadı. Hamımız birgə məğlub olduq. Məğlubiyyəti futbolçuların və ya məşqçinin ayağına yazmayaq".

Bu komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda olacaq 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail