"Sabah" "Dinamo" ilə əməkdaşlığa başladı

31.07.2019 | 4163 dəfə oxunub

"Sabah” Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Stadium.az xəbər verir ki, iki klub arasında imzalanan müqaviləyə əsasən, “Sabah” FK Xorvatiyanın ən böyük futbol məktəbi olan “Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq “Sabah”ın bütün aşağı yaş qruplarında çıxış edən uşaqlara, həmçinin yerli məşqçilərə böyük imkanlar verəcək. Belə ki, azərbaycanlı məşqçilər “Dinamo” Futbol Akademiyasının mütəxəssisləri ilə birgə işləyərək, öz təcrübələrini artıracaqlar. Əməkdaşlıq çərçivəsində “Dinamo” Futbol Akademiyasından “Sabah”ın Futbol Məktəbinə koordinator və məşqçilər göndəriləcək, onlar akademiyada sistemin qurulması, oyun fəlsəfəsinin aşılanmasını təmin edəcəklər.


“Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda gerçəkləşən tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya qrupunun rəhbəri İlqar İsrafilov, “Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak edib.

Tədbirdə iştirak edən Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bunları deyib: “Xorvatiya futbolu dünyada çox məşhurdur və “Dinamo” ilə əməkdaşlıq Azərbaycan futboluna böyük töhfədir. Həmçinin qeyd etmək istərdim ki, Azərbaycan millisinin əvvəlki və indiki baş baş məşqçisi (Robert Prosineçki və Nikola Yurçeviç) Xorvatiya yığmasının sabiq üzvləridir”.


“Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov da əməkdaşlıq barədə fikirlərini bildirib. O, “Dinamo” kimi böyük tarixə malik klubla əməkdaşlığın çox xoş olduğunu bildirib: “Dinamo” kimi böyük klubla əməkdaşlıq bizim üçün çox xoşdur. Bu əməkdaşlıq Azərbaycan və Xorvatiya arasında yüksək diplomatik əlaqələrin nəticəsidir”. “Dinamo”nun prezidenti Mirko Barişiç isə bu anlaşmanın təkcə iki klub arasında yox, həmçinin iki ölkə arasında əməkdaşlığın ilk addımları olduğunu qeyd edib: “Bu müqavilə nəinki iki klub arasında, həmçinin iki ölkə arasında əməkdaşlığın ilk addımlarıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail