"Sabah daha istəkli və səhvsiz oynamağa çalışacağıq" - Qurban Qurbanov

28.08.2019 | 5456 dəfə oxunub

Sabah Avropa Liqasının pley off mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ" Şimali İrlandiya çempionu "Linfild"i qəbul edəcək.

Stadium.az xəbər verir ki, oyun öncəsi baş tutan mətbuat konfransında Ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Həqiqətən vacib oyuna çıxırıq. Rəqibin nə qədər istəkli olduğunu hamı başa düşür. Buna görə, bu oyuna həddən artıq ciddi hazırlaşmışıq. Düşünürəm ki, futbolçular sabah meydanda daha istəkli olacaqlar və daha artığını etməyə çalışacaqlar. Lazım olan nəticəni əldə etmək üçün sabah mümkün qədər səhvsiz oynayıb, lazım olan nəticəni qazanmağa çalışacağıq.

- Bu oyun avrokuboklarda 100-cü oyununuz olacaq. Vacib olan qələbə qazanılsa isə 40-cı qələbəniz sayılacaq. Bu yubileylərin qarşısında hansı hisləri keçirirsiniz?

- Açığı,bu barədə düşünmürəm. Bizim hər oyunumuz vacibdir. Belə turnirlərdə mütləq qələbələr lazım olur. Sabah da belə oyunlardan biridir. Sabah meydanda özümü yox, komandanı düşünəcəm.

- Sabah Azərbaycansayağı künc zərbəsi gözləmək olarmı?

- Sabah buna ehtiyac olmaz. Biz rəqibin düzülüşünə görə bu qərarları veririk. Bu rəqibin meydandakı yerləşməsi buna imkan vermir. Amma ola bilər başqa nədənsə istifadə edək.

- Müdafiədə olan komandalara qarşı adətən çətinlik olub. Sabah buna qarşı alternativ yollar varmı?

- Düzgün müdafiə olunmaq futbolun vacib terminlərindən biridir. Bəzi komandalar var belə oyun üslübuna üstünlük verirlər. Qarşılaşdığımız belə rəqiblər çox olub. Çox qol vura bildiyimiz də olub, heç vura bilmədiyimiz də. Futbolçularımız daha da sərbəst və diqqətli olmalıdılar. Bu haqda da kifayət qədər onlarla danışmışıq.

- Sabah dolu tribunalar gözləyirsinizmi?

- Gözləyirəm. Düşünürəm ki, sabah heç də az adam olmayacaq. Pley off oyunumuzdu. Belə məqamlarda azarkeşlərimiz həmişə yanımızda olublar. Bizim stadiona gələn və gələ bilməyən azarkeşlərimiz var. Onları daim yanimizda hiss eləmişik.

- "Linfild"in baş məşqçisi bildirib ki, "Qarabağ" sabah qisas almaq üçün meydana çıxacaq". Bu fikirlə razısınız?

- Qisas dedikdə, bu, idmandır. Məğlub tərəf qələbə qazanmaq istəyəcək. Bu gün də həmin oyunlardan biridir. Biz də idman prinsiplərinə əməl edərək sabah qələbə qazanmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail