Qurban Qurbanov: "Şehiçlə razılıq yoxdur" - MÜSAHİBƏ

02.09.2019 | 6551 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Səbail"ə qaib gəldikləri oyudan (4:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Futbolçularımı təbrik edirəm. Həm qalib gəldik, həm də yaxşı oyun oldu. Oyunçularım çox istəkli idilər. Aftandilə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Rəqib ilk dəqiqələrdə aqressiv idi, yaxşı pressinq tətbiq edirdilər.

- Şehiçin keçidi nə yerdədir?

- Razılıq yoxdur. Başqa variantlar var. Hazırda danışıqlar gedir.
 
- Başqa mövqeyə də transfer gözlənilir?

- Daha iki mövqeyi də gücləndirmək istəyirik.
 
- Oyunun ilk dəqiqələrində Ağabala futbolçularınıza qarşı çox aqressiv idi. Nə fikirləşdiniz?

- Heç bir şey. Ağabala aqressiv futbolçudur. 
 
- 1:0, 3:0, 4:0. “Qarabağ”ın müdafiə xətti belə güclüdür, yoxsa Azərbaycan çempionatındakı komandaların hücum potensiallı aşağıdır?


- Futbolçularımız səliqəli oynayır, tapşırıqları yerinə yetirirlər. Bu gün qol buraxmırıq, deyirik müdafiəmiz əzəmətlidir, sabah bir neçə qol buraxacağıq və deyiləcək ki, zəifdi müdafiəmiz. Sadəcə, hər oyuna maksimal konsentrasiya ilə yanaşmalıyıq. Amma qol buraxmamağımız məni sevindirir.
 
- Yaranan fasilə komandanıza necə təsir göstərəcək?

- Düşünürəm ki, millilərə getməyən futbolçularıma müsbət təsir edəcək. Ancaq milli üzvləri ağır oyunlara gedir və bu, əlavə psixoloji yüklənməyə səbəb olacaq.
 
- Çempionatın ən formada olan komandasına 4 top vurursunuz, “Neftçi”dən 5 xal öndəsiniz. Çempionat bitdi?

- Cəmi bir məğlubiyyət və fərq 3 xal azalır. Ümumiyyətlə, belə fikirdən uzağam. Dəfələrlə şahidi olmuşuq ki, kimsə 7-8 xal öndə olub, lakin sonra çempion ola bilməyib. Qarşıda xeyli oyunlarımız var. Özü də olduqca ağır. Bir neçə futbolçumuz zədələnir, bir neçəsi vərəqə limitini doldurur və bəzən futbolçu qıtlığı yaşayırıq. Üstəlik, hər bir rəqib bizə qarşı xüsusi motivasiyalı olur.
 
- “Qarabağ” daha rəngarəng olub?


- Hər il dəyişiklik olur. Futbolda sürət artır. Topa sahib olmaq çox önəmlidir. Yaxşılığa doğru addım atmaq istəyirik. Bir şey var ki, biz rəqib imkan verdiyi qədər hücum edirik. Bu il avrokuboklarda qarşılaşdığımız bütün rəqiblərə qarşı bizə çətin oldu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail