"Bu, məyusedici nəticədir"

10.09.2019 | 5305 dəfə oxunub

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma haqda danışıb.

- Matç barədə nə deyə bilərsiniz?

- Azərbaycan millisini yaxşı oyuna və xala görə təbrik edirəm. Oyuna istədiyimiz kimi başladıq, çoxlu qol imkanımız oldu. Erkən qol vurduq. Rəqibin qapıçısı əla oyun nümayiş etdirdi. İlk hissənin sonuna doğru həyəcanlanmağa başladıq. Fasilədən sonra rəqib daha yaxşı oynadı və qol vurdu. Bu, məyusedici nəticədir. Ancaq vəziyyəti qəbul etməli və növbəti matçlara hazırlaşmalıyıq.

- Ante Rebiç necə oynadı? Əvəzləmələri daha erkən edə bilməzdinizmi?

- Əgər dəyişiklikləri tez etsəydik, nəticəyə təsir edə bilərdik. İlk hissədə Rebiçin iki qol şansı var idi. Onu əvəzləməyib, inandığımı göstərmək istədim. İkinci qolu vura bilmədik, Azərbaycan millisi isə yaxşı mübarizə aparıb, layiq olduğu qolu vurdu.

- Federasiya prezidenti Davor Şuker bildirib ki, İvan Rakitiç hələ hazır deyil, ancaq qısa zamanda millidə olmalıdır...

- Rakitiç çox yaxşı futbolçudur. Prezidentimizin dediyi sözlərə qatılıram.

- Azərbaycanlı futbolçuların Avropada legioner həyatı yaşamadığını görəndə təəccüblənmədiniz ki?

- İlk oyunda görmüşdük ki, Azərbaycan çox yaxşı komandadır. Digər komandalardan xal alacaqlarına inanırdım. Azərbaycanın xal qazanmaması qəribə idi. Bu gün yaxşı motivasiyalı, aqressiv oynadılar. Onlar hər halda burda xoşbəxtdilər, ona görə də xaricə getmirlər.

- Xorvatiya yığması “Bakcell Arena”da ikinci dəfə xal itirir. Bu stadionu sizin komanda üçün cəhənnəm adlandırmaq olarmı?

- Düşünmürəm ki, hansısa stadion cəhənnəmdir. Sadəcə, şanslardan istifadə etmək lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail