"Simurq" Doroş transferini rəsmən açıqladı

14.02.2012 | 5233 dəfə oxunub

"Simurq" hücumçu Anatoli Doroşla rəsmi müqavilə imzalayıb. Stadium.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Moldavalı futbolçu mövsümün sonunadək Zaqatala klubunun şərəfini qoruyacaq. Müqavilənin şərtlərinə görə mövsümün sonunda müddətin artırılması da nəzərdə tutulub.

29 yaşlı futbolçu "Simurq"da 19 nömrəli formasını geyinəcək. Doroş artıq Zaqatalada komanda ilə birlikdə məşqlərə başlayıb.

Doroş 2006-2007 mövsümündə "MKT-Araz"da, 2007-2008-də "Standard"da, 2008-2009-da "Karvan"da, 2010-2010-da isə "Olimpik"də (indiki AZAL) çıxış edib. O, Premyer Liqada ümumilikdə 79 oyun keçirib və 30 qol vurub.

Ölkəmizdən getdikdən sonra Odessa "Çornomorets"ində çıxış edən 29 yaşlı hücumçunun son iş yeri Qazaxıstanın "İrtış" klubu olub. Moldova yığmasında 16 oyun keçirib 2 qol vuran futbolçu bundan başqa Moldovanın "Nistru", Polşanın "Legia", "Poloniya" (Varşava), "Korona" və Rusiyanın "Volqa" (Ulyanovsk) klublarında çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail