Könüllülük Proqramının Qış Məktəbində təqdimatı - FOTOLAR

20.02.2012 | 4437 dəfə oxunub

FIFA U-17 qadınlararası dünya çempionatı Yerli Təşkilat Komitəsinin üzvləri tərəfindən ali təhsil müəssisələri, QHT, səfirlik və digər qurumlarda təşkil olunan silsilə təqdimatların növbətisi Xızıda keçirilib. STadium.az xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirdiyi Qış Liderlik Məktəbində iştirak edən ali məktəblərin 100-ə yaxın I və II kurs tələbəsinə dünya çempionatına ümumi hazırlıq çərçivəsində görülən tədbirlər haqda məlumat verilib, turnirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılıb və könüllülük proqramı təqdim edilib.

Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu və Azərbaycanda keçiriləcək çempionatın gedişatı barədə məlumatlandırılıblar. Daha sonra çempionatla bağlı kiçik müsabiqədə qalib gələn şəxslərə promo materiallar təqdim olunub.

Təqdimat zamanı gənclər dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın səmərəsi, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumatlandırılıblar. Həmçinin, tələbələr AFFA-nın yenicə akkreditasiyadan keçdiyi Avropa Könüllülük Proqramı çərçivəsində 60 beynəlxalq könüllünün cəlb olunması barədə öyrəniblər.

Qarşılıqlı sual-cavab şəraitində keçən təqdimatda dünyata çempionatının talismanının iştirakı tədbiri daha da maraqlı edib.









Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail