"Simurq"a texniki məğlubiyyət, "Qəbələ"yə xəbərdarlıq

22.02.2012 | 5820 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedici heyətlər arasında keçirilən çempionatda baş vermiş qayda pozuntuları ilə bağlı da müzakirə aparılıb. Stadium.az xəbər verir ki, müzakirələrinin sonunda aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “İnter” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Oyunun 67-ci dəqiqəsində “İnter” klubunun 99 №-li futbolçusu Anar Məhərrəmov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” – “Bakı” matçda “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Oyunun 67-ci dəqiqəsində “Simurq” klubu Əsasnamənin tələblərinini pozduğuna görə, yəni meydançaya yaşı 21-dən yuxarı olan 6-cı futbolçunu buraxdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Oyunun 19-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 50 №-li futbolçusu Akif Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Matçda “Qəbələ” klubu texniki zonanı hazır vəziyyətə gətirmədiyi üçün kluba xəbərdarlıq edilib. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail