Jelko Sopiç: "Həqiqətən, bir az çətindir" - MÜSAHİBƏ

09.06.2020 | 4690 dəfə oxunub

"Sabah"ın baş məşqçisi Jelko Sopiç "Qarabağ"la bugünlü yoxlama oyunundan (0:5) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib bizdən üstün oynadı. Məni sevindirən odur ki, hər iki komandada zədəli futbolçu olmadı. Bu oyuna baxıb, nəticə çıxaracağıq.

- Nəticənin belə acınacaqlı olması oyuna bir həftəlik hazırlıqla bağlıdır, yoxsa rəqibin futbolçularının daha yaxşı olmasıyla?

- Əlbəttə, biz karantin müddətində futbolçulara məşq proqramı vermişdik. Ola bilər bəziləri yaxşı hazırlaşıb, bəziləri pis. Ancaq bu oyun elə də əhəmiyyətli deyil. Onlar liderdir, biz 6-cı yerdəyik. Təbii ki, futbolçuların keyfiyyəti arasında fərqlər var.
 
- "Sabah"ın çempionata hazır olması üçün 12 gün bəs edəcəkmi? Şənbə və bazar günləri karantin tətbiq olunacaq, məşq edə bilməyəcəksiz...

- Bilmirəm, baxacağıq. Bəzi ölkələrdə hazırlıq üçün 5 həftəlik vaxt verilib, bizdə də bu qədər.
 
- Bu vəziyyətdə çempionatı bitirmək daha düzgün qərar olardı ya davam etdirmək?

- Həqiqətən, bir az çətindir. Oyunlarımız karantin gününə düşür, necə dəyişiklik olacaq, bilmirəm. Futbolçulara da necə təsir edəcəyi bilinmir. Təxminən 10 oyun var, bu da dörd gündən bir edir. Biz hər gün oynaya bilərik, ancaq futbolçulara necə təsir edəcək, onlar bunu necə qəbul edəcək, bilmirəm.
 
- İlk hissədə meydana çıxan gənc futbolçularda nəsə görə bildiniz?

- Ölkənin ən yaxşı komandasına qarşı oynadıq. "Sabah"ın formasını geyinən hər kəs mübarizə aparmalıdır. Futbolçuları çox da fərqləndirmək istəmirəm. Bu, çox önəmli deyil.
 
- Amin Seydiyev planlarınızda necə yer alır? Yeni mövsümdə onu əsas heyətdə görəcəyikmi?

- Amini qışda istəyirdim, ancaq alınmadı. O, bizim planlarımızda yer alır. Aminə şans verəcəyik.
 
- Klub prezidenti dedi ki, yeni transferimiz olacaq. Bu, əcnəbidir, yoxsa yerli?

- Nəsə demək çətindir. Bu haqda karantindən əvvəl - aprelin 4-də rəhbərliklə danışmışam və mənə hansı mövqelər üçün futbolçular lazımdır, demişəm. 1-2 ay ərzində açıqlamalar verilə bilər.
 
- Kluba gələndən cəmi 3 oyun udmusunuz. Hədəfiniz nədir?

- İlk oyunlarımda "Qarabağ" və "Neftçi"ylə qarşılaşdıq. Sonra "Qəbələ" ilə kubok oyununda məğlub olduq. Qışdan sonra yeni futbolçular gəldi və çempionatın başlamasına bir gün qalmış bizə qoşuldular. Bizim o qədər də geniş heyətimiz yoxdur. Komandaya oyunçu gətirərkən, ad önəmli deyil. Əsas olan ürəklə oynamaqdır. Ramil Şeydayev bizə gec qoşuldu və ona da vaxt lazım idi. Gələcəkdə daha yaxşı heyət quraraq, daha üstün hədəflər üçün mübarizə apara bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail