"Tam hazır olmasam da, "Xəzər Lənkəran"la görüşdə oynamaq istəyirəm"

27.02.2012 | 5378 dəfə oxunub

"Sumqayıt" Premyer Liqanın XXII turu çərçivəsində doğma azarkeşləri qarşısında “Xəzər Lənkəran”ı qəbul edəcək. Stadium.az xəbər verir ki, “Neftçi” ilə qarşılaşmada zədələnən komandanın kapitanı Samir Abasov artıq sağalıb. Kollektivlə birlikdə məşq edən və növbəti turda meydana çıxacağı gözlənilən Abasov klubun rəsmi saytına müsahibə verib.

- “Sumqayıt” Premyer Liqanın son iki turunda meydanı məğlubiyyətlə tərk etdi. “Neftçi” və “İnter”lə oyunlarda məğlubiyyətin əsas səbəbi nədə idi?

- Antalyada əla toplanış keçmişdik. Komandada irəliləyiş hiss olunur. Bu sözlər dəfələrlə deyilib. Təkrarçılıq etmək istəmirəm, kollektivimiz gənc futbolçulardan qurulub. “Sumqayıt”a vaxt lazımdır. “Neftçi” və “İnter”lə oyunlarda rəqibdən nə güc, nə də texnika baxımından geri qalmırdıq. Hətta hər iki oyunda fiziki göstəricilərə görə onlardan üstün idik. Sadəcə təcrübənin olmaması yekunda sözünü dedi. Qapımızda gördüyümüz qollara baxdıqda da, təcrübəsizlik açıq-aşkar nəzərə çarpır. Baş məşqçi Bernhard Raabın rəhbərliyi altında hazırlığımızı var qüvvəmizlə davam etdiririk. Bir müddətdən sonra hazır vəziyyətə gələcəyimizə inanıram. 

- “Neftçi” ilə qarşılaşmada zədə alaraq meydanı tərk etmək məcburiyyətində qaldın. İndi özünü necə hiss edirsən?

- “Neftçi” ilə qarşılaşmada ani bir epizodda sağ ayağım burxuldu. Oyunu davam etdirə bilmədim. Üç gün ümumiyyətlə məşq etmədim. “İnter”lə matçda meydana çıxmağı çox istəyirdim. Lakin ayağımdakı ağrılar səbəbindən oynaya bilmədim. Ötən həftənin sonundan etibarən komanda ilə birlikdə məşqlərə başlamışam. Tam hazır olmasam da, “Xəzər Lənkəran”la görüşdə komandama kömək etmək istəyirəm. İstək olandan sonra heç nə insanın qarşısını ala bilməz.

- Premyer Liqanın XXII turu çərçivəsində “Sumqayıt” “Xəzər Lənkəran”ı qonaq edəcək. Bu oyun barəsində nə deyə bilərsən?

- “Xəzər Lənkəran” Premyer Liqanın ən güclü komandaları sırasındadır. Onlar da son turda “Qəbələ”yə məğlub olublar. Komandanın yenidən Sumqayıta qayıtması bizləri çox sevindirdi. Doğma azarkeşlərimiz qarşısında uğurlu nəticə qazanmaq istəyirik. Amma oyun etibarı ilə bizə çox çətin olacaq. “Xəzər Lənkəran”la qarşılaşmadan sonra bizi ilkin mərhələdə AZAL-la da çətin qarşılaşma gözləyir. İki matçda uğurlu nəticə qazanıb xal ehtiyatımızı artırmalıyıq. İkinci “altılıq”da komandanı daha çətin oyunlar gözləyir. İnanıram ki, “Sumqayıt” Premyer Liqanın final mərhələsinə qədər tam hazır vəziyyətə gələ biləcək. 

- Uzun illər milli komandanın şərəfini qorumusan. Dubayda təşkil olunan təlim-məşq toplanışı yığmaya nə verəcək?

- Milli komandanın baş məşqçisi Berti Foqts Dubayda təşkil olunan təlim-məşq toplanışına xeyli gənc futbolçu aparıb. Düşünürəm ki, almaniyalı mütəxəssis bu toplanışdan maksimum yararlanaraq komandanı hazır vəziyyətə gətirə biləcək. Çoxları yığmanın rəqib seçimini düzgün qiymətləndirmir. Mən isə belə düşünmürəm. Gəncləri yoxlayan zaman nisbətən zəif komandalarla oynamaq daha məqsədə uyğundur. Sinqapurla oyunu canlı izləyə bilmədim. Lakin sonradan oyunun fraqmentlərinə baxdım. Komanda inamlı təsir bağışladı. Təəssüf ki, son dəqiqədə qapımızdan qol buraxaraq qələbəni əldən verdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail