“Canni de Byazi çox yaxşı bilir ki, nəticə verməyəcək”

12.01.2021 | 4700 dəfə oxunub

“Canni de Byazi hiss olunur ki, qürurlu insandır, nəsə eləməyə çalışır. Amma çox yaxşı bilir ki, nəticə verməyəcək”.

Stadium.Az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq hücumçusu Kənan Kərimov yığmamızın hazırkı durumu barədə danışarkən deyib.

45 yaşlı futbol veteranı millimizin baş məşqçisi Canni de Byazinin iddialı açıqlamalarına münasibət bildirib. Son olaraq Region Liqasında Şamaxı komandasının baş məşqçisi vəzifəsini icra edən Kərimov italiyalı çalışdırıcıdan əlahiddə heç nə gözləmədiyini söyləyib:

“Onun sehrli çubuğu yoxdur ki. De Byazi özünü də aldadır, bizi də. Axırda alınmadı deyəcək, pulunu alıb gedəcək. Görürsən ki, çalışır, klubların məşqlərini izləyir, futbolçulara baxır. Amma bu da yekun nəticəni dəyişməyəcək. Millimiz hansısa oyunda 6-7 qol buraxanda ayılacağıq. Heç olmasa Lüksemburq futbolundakı inkişafa baxıb nümunə götürsünlər. AFFA axırda günahı de Byazinin üstünə atacaq ki, o boyda İtaliyadan məşqçi gətirdik, bacarmadı. Belədə yenə pullar havaya sovrulacaq, daha bir neçə il itiriləcək”.

Yığmamızın DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını da dəyərləndirən gənc mütəxəssisin qrupda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla qarşılaşacaq de Byazinin kollektivinə ümidi yoxdur:

“Milli hamımızındır, qələbəsinə sevinir, məğlubiyyətinə üzülürük. Amma etiraf edək ki, Portuqaliya, Serbiya, İrlandiyaya qarşı bu komanda ilə heç nə edə bilmərik. Sadəcə, de Byazi vaxt udur, pula görə yerini isti saxlayır. Bunlar sabah yaxşı təklifi olan kimi, bağışlayın, mən gedirəm deyəcək insanlardır. Gəlmə məşqçilərə bel bağlamaq olmaz. İndiki durumda özümüzünkülərə güvənsinlər”.

DÇ-2022-nin seçmə mərhələsi martın 24-də start götürəcək. Yığmamız ilk tur çərçivəsində həmin gün Portuqaliyanın qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail