Qurban Qurbanov: "Topa sahiblənmədə, topla davranışda biraz çətinlik çəkdik"

06.02.2021 | 4230 dəfə oxunub

"3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, Qəbələdə oynayanda həmişə çətinlik çəkmişik.Buna səbəb iqlim də ola bilər, gəldiyimiz uzaq yolun da təsiri ola bilər".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun  1/4 finalında "Qəbələ" ilə cavab matçından sonra deyib. . 

Mütəxəssis onları yarımfinala adladan 3:0 hesablı qələbə haqda sözlərinə belə davam edib:

"Topa sahiblənmədə, topla davranışda biraz çətinlik çəkdik. Bunun da səbəbləri vardı. İlk hissənin əvvəlində meydançanın vəziyyəti daha yaxşı idi. Ancaq sonradan dedilər ki, meydançada problem var və su vurmadılar. Buna görə topun meydanda hərəkəti çətinləşdi. Bu amil oyunun tempini aşağı saldı. Ancaq ümumi götürdükdə, baxmayaraq ki, ilk oyunda 3:1 hesabı ilə qalib gəlmişdik, yenə də futbolçularda qələbə üçün istək vardı. Oyunun nizam-intizamını qoruyub saxlamaq istəyirdilər. Futbolçularımı təbrik edirəm. Qarşılarına qoyulan məqsədi yerinə yetirə bildilər və yarımfinala vəsiqə qazandıq".
 
Qurban Qurbanov rəqib komanda haqda da fikirlərini dilə gətirib: "Qəbələ" uğurlar arzu edirəm. Bu gün"Qəbələ"nin heyətinə baxıb köməkçilərimə dedim ki, bu komanda heç bir rəqibə qarşı çəkinmir və çalışırlar ki, hücum potensialını yaxşılaşdırsınlar. Bu gün də hücumda daha çox futbolçu gördük. İnanıram ki, "Qəbələ" daha yaxşı oyunlar sərgiləyəcək, daha yaxşı nəticələr əldə edəcək. Çünki bu şəhərin, bu komandanın yaxşı nəticəyə ehtiyacı var. Buna layiqdilər. "Qəbələ" komandasına uğurlar arzu edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail