Aftandil Hacıyev: " Hakim səhvlərinə görə 1/4 final mərhələsini adlaya bilmirik"

06.02.2021 | 1584 dəfə oxunub

"Rəqibi mərhələni keçmək münasibəti ilə təbrik edirəm. Ancaq təbriklə kifayətlənmək niyyətində deyiləm. Bilmirəm, bu, adətdir, yoxsa nədir. Amma ardıcıl ikinci mövsümdür ki, hakim səhvlərinə görə 1/4 final mərhələsini adlaya bilmirik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 finalında evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hakim səhvinə görə rəqibin qələbəsinə kölgə salmaq istəmir:

"Fasilədən sonra biz hücumda daha aktiv idik. İlk oyunda da sayılmayan qolumuz oldu. Futbolçuların əsəbləri ilə bu qədər oynamaq olmaz. Bilmirəm, amma komandamızın oyunlarında hakim səhvləri çoxalır. İlk oyundakı qol da təmiz idi. İstəməzdim hakimlik üzərində bu qədər dayanım, amma məcburam. Yenə də deyirəm, "Sumqayıt"ın qələbəsinə kölgə salmıram. Bütün gücümüzü çempionata yönəldəcəyik.

Hacıyev ardıcıl 4-5 futbol oynadıqlarını xatırladıb:

"Buna görə bəzi dəyişikliklərə zərurət var idi. Amil Yunanov da, Ruslan Hacıyev da bizim əsas oyuncularımızdır. Bəlkə də hesabı nəzərə alsaq, Yunanovu oyuna daha erkən buraxmaq olardı. Ancaq müdafiəçilərimiz də xeyli yorulmuşdu. İki hücumçuya keçdikdən sonra isə, əlavə vaxtı da nəzərə almaqla, 10 dəqiqənizi var idi. Təəssüf ki, qolumuzu gec vurduq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail