Elmar Baxşıyev: "Gənc məşqçiyəm, yeni başlamışam"

15.03.2021 | 1077 dəfə oxunub

“Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, “Zirə” heyətində səviyyəli futbolçular olan yaxşı komandadır. Futbolçuların çıxışından ümumilikdə razı qaldım. Komanda xarakter göstərdi və azlıqda qalmasına baxmayaraq rəqibə layiqli müqavimət göstərdi. Bu komandada xarakter var. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldıracağıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 20-ci turunda "Zirə" ilə bugünkü oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Baxşıyev hakimlikdən narazı olduğunu bildirib: “Yenə hakimlik mövzusuna qayıtmaq istəyirəm. Hər oyunumuzda hakimlər hər şey edirlər ki, nəticəyə təsir etsinlər. Mən daim komanda ilə ünsiyyətdə oluram. Futbolçuları başa sala bilmirəm ki, hakimlər “Qəbələ”dən nə istəyir. Əgər matçdan öncə nəticənin heç-heçə bitməli olduğunu bilirlərsə, gəlib bizə də desinlər. Əsəb keçirməyib, rahat oyunumuza baxaq. Futbol ədalətliliyi sevir. “Zirə”nin əməyini danmaq istəmirəm. Rəşad Sadıqov komandada yaxşı işlər görür. Oyunları bir-bir də saya bilərəm. “Neftçi” ilə görüşdə İnqilab Məmmədov hiss etdirdi ki, rəqibə simpatiyası var. “Sumqayıt”la matçda hakim gözünün qabağındakı penaltini vermir, gözləyir ki, nə isə olsun. Sonda komanda qol buraxır.

Bizə də çox çətindir. Gənc məşqçiyəm, yeni başlamışam. Lakin komandamıza başa sala bilmirəm ki, rəqiblə mübarizə aparın, hakimlərlə yox. Hər qarşılaşmada görürük ki, rəqib qalıb, hakimlərlə mübarizə aparmalı oluruq. Həmin epizoddan bir oyunda 10 dəfə rast gəlinir. Standart vəziyyətdə müdafiəçi ilə hücumçu kontaktda olur. Hər dirsək eyni olmur. Əlinin qalxmasına da baxın, dirsək vurmasına da. Tutan oyunçunu necə etməlisən? Məncə, qırmızı deyildi. Dirsəyə görə baxırsızsa, oyun ərzində belə epizodlar çox yaranır ki, əl üzə dəyir. Matçın sonlarında Yurgen Qoxanın üzünə şillə vurdular, hakim heç görmədi. Futbolu birtərəfli etmək lazım deyil. Simpatiya hiss edilir. Matçın 96-cı dəqiqəsində hücuma çıxırıq, cərimə verməyib, üstünlüyə buraxırsa, bunun heç niyyəti yoxdur. Mən onların qərarlarını başa düşmürəm. Sualları mənə yox, hakimlərə vermək lazımdır. Hakim “Sumqayıt”la görüşdə iki penaltini vermir, soruşanda da görmədiyini deyir. Hamı görür, bunlardan başqa. Bizlə onlar fərqli baxır, epizodu ayrı görür. Ədaləti qorusalar, daha yaxşı olar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail