Serbiya millisi Bakıda muzeyin qarşısında məşq etdi VİDEO

29.03.2021 | 3934 dəfə oxunub

Serbiya yığması Azərbaycan millisinə qarşı keçirəcəyi futbol üzrə 2022-ci dünya çempionatının seçmə oyunundan əvvəl Bakıda gəzintiyə çıxıb.

Stadium.Az xəbər verir ki, Draqan Stoykoviçin baş məşqçi olduğu komanda günorta yeməyindən sonra Xəzər dənizinin sahilində olub.

Futbolçuların əhvalının yüksək olduğu bildirilib. Onlar fitness məşqçisi Katsuşita Kinoşinin rəhbərliyi altında Milli Xalça Muzeyinin qarşısında məşq ediblər. Futbolçularla yanaşı, məşqçilər də tibbi maskadan istifadə edib.

Serbiya mətbuatı milli üzvlərinin Bakıda xüsusi karantin rejimi ilə bağlı sərt qaydalara riayət etməli olduğunu yazıb. Bildirilib ki, stadiondan başqa digər yerlərdə qoruyucu maskadan istifadə etmək məcburidir: "Əks-halda onlar 50 avro məbləğində cərimələnə bilərlər".

Martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail