"Sumqayıt" - "Qəbələ": 36-cı duel

15.04.2021 | 661 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək. “Qəbələ” ilk oyun günündə “Sumqayıt”la qarşılaşacaq.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” cari mövsümün üç oyununda uduzmadığı “Gənclik şəhəri” təmsilçisinin qonağı olacaq.

Son iki matçda eyni – 1:0 hesabı ilə qalib gələn komanda bu dəfə səfər sınağına çıxacaq. Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq qarşılaşma iki komanda arasında 36-cı duel kimi tarixə düşəcək. İndiyədək 35 dəfə üz-üzə gələn rəqiblərin görüşlərində üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 21 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 57 top keçirən futbolçular 25 top buraxıblar. “Qəbələ”nin “Sumqayıt”la matçlardakı ən yaxşı bombardiri Viktor Mendidir. Onun hesabında 7 top var.

“Qəbələ” və “Sumqayıt” Premyer Liqa çərçivəsində 35-ci dəfə görüşəcək. Çempionatdakı 34 görüşdən 20-də üç xala sevinən komandamız 10 dəfə bir xalla kifayətlənib və yalnız 4 dəfə uduzub. “Qırmızı-qaralar” bu oyunlarda 56 qol vurub, 25-ni buraxıb.

17-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfərdə 16 oyun keçirib. Rəqib meydanından 7 dəfə qalib dönən futbolçularımız 6 heç-heçə edib və 3 dəfə məğlubiyyətlə üzləşib. Səfərdə 23 qol vuran komandamız 15 top buraxıb.

Aprelin 16-da keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçı saat 20:15-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2021

00:55  Finlandiya - Rusiya - 0:1 VİDEO

00:52  Türkiyə - Uels - 0:2 VİDEO

16.06.2021

11:09  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:55  Fransa - Almaniya - 1:0 VİDEO

15.06.2021

11:23  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:01  İspaniya - İsveç - 0:0 VİDEO

14.06.2021

22:56  Polşa - Slovakiya - 1:2 VİDEO

13.06.2021

11:48  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:31  Belçika – Rusiya 3:0 VİDEO

12.06.2021

19:17  Uels - İsveçrə - 1:1 VİDEO

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.06.2021

10.06.2021

09.06.2021

08.06.2021

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

07.06.2021

06.06.2021

21:52  Millimiz səfərdə Moldovaya uduzdu - YENİLƏNİB

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail