14-cü bombardir: 100-cü oyun, 25-ci qol

18.04.2021 | 1300 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXIII turunun “Zirə” ilə oyunu (4:0) “Neftçi”nin futbolçusu Namik Ələskərov üçün ikiqat yubileylə əlamətdar olub.

Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 100-cü çempionat matçında 25-ci, ardınca 26-cı qoluna imza atıb. Paytaxt təmsilçisinin heyətində 2016/17 mövsümündə debüt edən Ələskərov həmin çempionatda 11 qarşılaşmada (2 qol) şans qazanıb. 2017/18 mövsümündə 27 (5 qol), 2018/19 mövsümündə 23 (3 qol), ötən çempionatda 18 dəfə meydana çıxan Namik cari turnirdə 21-ci görüşündə 16-cı dəfə rəqib qapısına yol tapıb.

O, “Neftçi”nin tarixinə Azərbaycan çempionatında 100 və ya daha çox oyun keçirən 26-cı futbolçu kimi düşüb. Paytaxt təmsilçisinin rekordçusu İqor Getmandır. Sabiq müdafiəçinin hesabında 182 oyun var.
Namik klub tarixində Azərbaycan çempionatında 25 və daha çox qol vuran 15-ci futbolçudur. Hesabını 26 topa çatdıran yarımmüdafiəçi Fərrux İsmayılov (25 qol), Zaur Tağızadə və İlham Məmmədovu (hər ikisi 24 qol) keçərək 14-cü sıraya qalxıb. Rekord isə Samir Ələkbərova məxsusdur – 99 qol.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.07.2021

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze

18:53  "Onlar üçün çox darıxmışıq" - Qara Qarayev

13.07.2021

09:22  "Neymar mənim varisimdir" - məşhur ulduzdan etiraf

09.07.2021

08.07.2021

07.07.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail