102 gün sonra gələn uğursuzluq

09.03.2012 | 5197 dəfə oxunub

Azərbaycan Premyer Liqasının təxirə salınan XIX turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ötən matçda təkrarladığı rekordunu yeniləyə bilməyib. Ardıcıl 3 qələbədən sonra 2:3 hesabı ilə uduzan komanda bu dəfə xal itkisinə üzülüb.


- “Qəbələ” 2007/08, 2009/10 və 2 dəfə 2010/11 mövsümündə imza atdığı 3 oyunluq qələbə seriyasını təkrarlamaq üçün XX turda “Simurq”u 1:0, XXI turda “Xəzər Lənkəran”ı 2:1, XXII turda “Rəvan”ı 4:0 hesabı ilə yenmişdi. Sonuncu dəfə ötən il dekabrın 21-də “Qarabağ”la oyunda xal itirən (0:0) komanda 77 gündən sonra xal itkisi ilə üzləşib.

- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Son 8 qarşılaşmada uduzmayan  komanda 102 gündən sonra meydanı xalsız tərk edib. “Qəbələ” uduzmadığı 8 oyunda 6 qələbə qazanıb və 2 heç-heçə etmişdi. Bu matçlardakı top fərqi 14:2 olub. Bu matçların 7-sı çempionatda qeydə alınıb. Xatırladaq ki, komandanın Premyer Liqada ən uzun məğlubiyyətsiz seriyası 12 oyundan ibarətdir və ötən mövsüm gerçəkləşib.

- Gəncədəki oyun baş məşqçi Fatih Kavlakın Premyer Liqada 10-cu matçı oldu. Bu oyunlarda “Qəbələ” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqindbə də üstünlük nəzərə çarpır – 15:7. Ümumilikdə isə türkiyəli mütəxəssis komandanı 11 oyuna çıxarıb.

- “Kəpəz”lə matçda Nodar Məmmədov 40-cı, Aleksandr Çertoqanov 20-ci, Tarzin Changirov isə 10-cu dəfə “Qəbələ”nin formasında meydana çıxıb. Stiv Olfers Premyer Liqada 40-cı, Tarzin isə çempionatda 10-cu dəfə forma geyib.

- İndiyədək yalnız kubok matçında şans qazanan şotlandiyalı qapıçı Qrem Smit Premyer Liqada debüt edib. Bununla da o, çempionatın güclülər dəstəsində komandanın şərəfini qoruyan 115-ci futbolçu, 57-cu əcnəbi olub.

- Matçda hesabı açan Lyubo Baranin 166 gündən sonra “Qəbələ”də qol vurub. O, sonuncu dəfə ötən il sentyabrın 23-də “Xəzər Lənkəran”la səfər matçında fərqlənmişdi. Bu serbiyalının 5-ci qolu olub.

- Meydandan qovulan Deon Barton “Qəbələ” tarixində 32-ci, Premyer Liqada 24-cü qırmızı vərəqənin sahibi olub. Ötən mövsüm – 2011-ci il aprelin 30-dakı “Simurq”la səfər oyununda da meydandan qovulan yamaykalı 2-ci dəfə bu aqibəti yaşayıb. Həmin vaxt 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alan Deon bu dəfə daha tez – 35-ci dəqiqədə meydanı tərk edib.

- Barton “Qəbəlı”də 2 qırmızı alan 8-ci futbolçu olub. Ona qədər Azər Həşimov, Əli İsmayılov, Milan Antiç, Nodar Məmmədov, Tomas Stolpa, Camal Məmmədov və Anar Qasımov da eyni taleyi yaşamışdı. Bu 8 oyunçudan 4-ü – Deon, Əli, Tomas və Nodar hər 2 halda Premyer Liqa oyununda cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail