Nikolov: "Televiziya yayımları klublara maliyyə mənfəəti gətirməlidir"

10.03.2012 | 6286 dəfə oxunub

“İnter” klubunun prezidenti Georgi Nikolov AFFA-nın dünən keçirilən hesabat-seçki konfransı barədə danışıb.

Stadium.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən Nikolov Rövnəq Abdullayevin yenidən assosiasiyanın prezidenti seçilməsi haqda fikirlərini bölüşüb, legionerlərlə bağlı limitin dəyişdirilməsi və matçların teleyayım hüquqları ilə əlaqədar sualları cavablandırıb:

- Dünən AFFA-nın Hesabat-Seçki Konfransında iştirak etdiniz. Öncə bilmək istərdik, tədbir necə keçdi?

- Hesabat-Seçki Konfransı hər mandat dövrünün sonunda keçirilən standart tədbirdir. Deyim ki, AFFA uşaq-gənclər və qadın futbolunun inkişafı üçün böyük işlər görüb, birinci və yüksək liqada da böyük həcmli işlər həyata keçirib. Həmçinin Azərbaycan futbolunun maddi bazasının və daxili əlaqələrin yaxşılaşmasının şahidi oluruq. Xoşdur ki, təşkilatın daxili marketinq işi yaxşı təşkil edilib. Tədbirdə açıqlandı ki, hesabat dövründə federasiyanın gəlir xərclərini 1 milyon manat üstələyib. Bu aspektlər bizi sevindirməyə bilməz.
 
- Rövnəq Abdullayevin AFFA-nın prezidenti postuna təkrar seçilməsi barədə nə deyə bilərsiniz?
 
- Hesab edirəm ki, bu vəzifəyə Rövnəq Abdulayevin seçilməsi məntiqli qərardır. Qeyd edim ki, cənab Abdullayev bu idman növünün ən təcrübəli rəhbərlərindən biridir. Düşünürəm ki, bu vəzifədə  fəaliyyətinin davamı ona düşündüklərini, ancaq ilk səlahiyyət müddəti ərzində həyata keçirə bilmədiklərini reallaşdırmağa imkan verəcək. Axı belə vəzifəli rəhbərlərə çoxsaylı layihələri reallaşdırmaq üçün bir səlahiyyət müddəti azdır. Ümid edirəm ki, Rövnəq Abdullayevə yerli futbolu yeni səviyyəyə  qaldırmaq müəssər olacaq və biz də bu işdə ona kömək etməyə çalışacağıq.
 
- Dünənki toplantının ən yadda qalan qərarlarından biri də legioner limitinin 8+3-dən 7+3+1-ə dəyişdirilməsi oldu. Bu qərarı şərh etməyinizi xahiş edirik…
 
- Fikrimcə, burada qorxulu heç nə yoxdur. Belə praktika, məhz öz məktəb-akademiyalarından gənc futbolçuların məcburi qaydada əsas heyətə salınması Avropanın bəzi ölkələrində artıq tətbiq edilib. Məsələn, belə qaydadan Serbiyada istifadə olunur və bu dəyişiklik sayəsində hər il daha çox gənc istedadlı oyunçular meydana çxır və yeni futbol ulduzları parlayır. Bundan başqa, bu qayda FİFA-nın direktividir və gec-tez bizdə də bu qaydaya əməl olunmalı idi.
 
- Bundan başqa, konfransda çempionat oyunlarının televiziya yayımı hüquqlarının PFL-ə qaytarılması barədə qərar qəbul olundu. Bu qərar barədə nə düşünürsünüz?
 
- Belə dəyişikliklər artıq bir neçə dəfə həyata keçirilib, lakin onlar, səmimi desək, klublar üçün xüsusi dəyişikliklərə gətirib çıxarmayıb. PFL yenidən bu məsələ ilə məşğul olacaq və ümid edək ki, bu, onlara müəssər olacaq. Ancaq mən onun tərəfdarı olaraq qalıram ki, televiziya yayımları klublara müəyyən maliyyə mənfəəti gətirməlidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail