Emin Mahmudov: "Yaxşı şanslarımız olacaq"

01.06.2021 | 3951 dəfə oxunub

“Milli komanda üçün həmişə əlimdən gələnin maksimumunu etməyə çalışmışam. Hər oyun fərqli olur. Türkiyə millisi daha çox hücum futbolu oynayır. Belarus isə gənc komandadır. Təbii ki, daha istəkli olacaqlar".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin üzvü Emin Mahmudov Belarusla sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

"Neftçi"nin kapitanı bildirib ki, sabah Türkiyə millisinə qarşı oynadıqları kimi çıxış etsələr, yaxşı nəticə qazanarlar: "Hamısı özünü göstərməyə çalışacaq. Əsas öz oyunumuzdur. Türkiyə ilə oyunda olduğu kimi topu özümüzdə saxlasaq, daha çox hücumlar təşkil etsək, yaxşı şanslarımız olacaq. Dediyim kimi, yenə də diqqətli olmalıyıq. Çünki həmin oyunda yaxşı oynaya-oynaya standart vəziyyətdən iki top buraxdıq. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə əldə edək. Əlbəttə, bunu yaxşı oyunla icra etmək istəyirik. Misal üçün, Türkiyə millisi ilə oyunda oynadığımız futbolu oynasaq, nəticə qazana bilərik. Komanda olaraq Belarus millisinin oyunlarını izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu izah edib. Mövsüm yeni başa çatıb və oyuna tam hazırıq. Son oyunda nümayiş etdirdiyimiz futbolu davam etdirə bilsək, nəticə qazanacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail