Rəşad Sadıqov: "2-ci yeri tutmaq və ya kuboku qazanmaq kimi konkret hədəfimiz yoxdur"
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Qarabağ"la keçirilən oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk növbədə özümü, futbolçularımı, futbol camiəsini yeni mövsümün başlaması münasibətilə təbrik edirəm. İlk dəqiqələrdən futbolçular gərgin başladılar. Matçın tempi yüksək idi. Gözləmədiyimiz qol buraxdıq. Ondan sonra futbolçuların reaksiyası xoşuma gəldi. Bərabərlik qolunu da vurduq. Komandamın 60-65 dəqiqədən sonra yorulacağını gözləyirdim. Belə də oldu. Ancaq sona qədər nəticəni qoruya bildik. Futbolçular sona qədər xarakter göstərdilər. İlk turda məğlub olmamaq çox önəmli idi. Rəqib də "Qarabağ" idi".
- "Zirə"nin bu mövsümdəki hədəfi nədir?
- 8 komandalı çempionatdır. Hamı qəlbində avrokuboklara qatılmaq istəyər. Biz də yarış içindəyiksə, bir hədəfimiz olmalıdır. Amma 2-ci yeri tutmaq və ya kuboku qazanmaq kimi konkret hədəfimiz yoxdur. Avrokuboklara vəsiqə qazansaq belə, ora hazır olmaq çox önəmlidir. Şəxsən mən çempion olmaq və ya 2-3-cü yeri tutmaq istəyirəm. Niyə də olmasın? Amma bu gün "Qarabağ" və "Neftçi" hər kəsi qabaqlayır. Ən azı Konfrans Liqasına vəsiqə verən yer tutmaq istəyirik. Rəhbərliyimiz də, mən də bunu istəyirəm. 3-4 futbolçu var ki, hələ də düşünürük. Bir oyunçu ilə hətta faks vasitəsilə müqavilə də bağlamışıq. Daha 3 transfer planımız var. Bəzi gəncləri heyətə dəvət etmişik, onların üzərində işləyirik.
- Hakimliklə bağlı müəyyən problemlər gördük. Vurduğunuz qol sayılmadı, sizə sarı vərəqə verildi. Bunları ilk turun həyəcanı ilə bağlayırsız, yoxsa təzyiq hiss edirsiz?
- Keçən mövsüm də bunlarla qarşılaşmışdıq. İkinci qol sayılsaydı, bəlkə də qalib gələrdik. 21-ci əsrdir, dərhal telefona gəlir, baxdıq ki, ofsayd yox idi. Futbolumuzu çirkinləşdirmək istəmirəm, hakimliklə bağlı danışmaq istəmirəm. Mən oynadığım vaxt əvəzetmə zamanı oyunçu mövqeyinə çatmamış oyun bərpa edilmirdi. Amma bu gün belə olmadı, Zubir az qala qol vuracaqdı. Bu gün 1 xaldan razıyam. Hakimlik haqda da danışmaq istəmirəm.
- Ağabala Ramazanov milliyə dəvət almadığı üçün mənəvi təsir alıb?
- Uzun müddət millidən oynamış futbolçu üçün çağrılmamaq çox ağırdır. Mənim özümdə də belə olub. Ağabalada zədələr də oldu. Üstəlik, ən yaxşı forma yığdığı vaxt koronavirusa da yoluxdu. Ağabala aparıcı oyunçumuzdur. Heç bir futbolçumuz optimal formada deyil. Yavaş-yavaş bunlar düzələcək.
- Gözlədiyiniz 3 futbolçu gəlməsə, heyətinizi kasad saymaq olar?
- Hər bir məşqçi heyətinin geniş olmasını istəyir. Amma alınmasa, şikayət etməyəcəm. Əvəzedicidən, divizion komandalarından oyunçular dəvət edirik. Bəzi oyunçuları 3 il əvvəl tanıyıram, bəzilərini kubokda izləyib bəyənmişəm. Əvəzedici heyətlə təcrübəlilərin vəhdətini yaratmaqla, gənclərin perspektivinin artmasına çalışırıq. Heyətin geniş olması önəmlidir. Stoilovu bu gün oynatmamalı idim, fiziki cəhətdən hazır deyildi. Ancaq məcburiyyətdən meydana buraxdım. Volkov hazır deyildi, ancaq rəqibə uyğun meydana buraxdım. Bir çox komanda transferlə bağlı problem yaşayır. Rəhbərliyə təşəkkür edirəm, bizə şərait yaradır. Ancaq transferi tapmaq-tapmamaq bizdən qaynaqlanır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |