Tahir Süleymanov: "Ümid edirik ki, FİFA bizim xeyrimizə qərar çıxaracaq"

13.03.2012 | 4886 dəfə oxunub

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Stadium.az-a açıqlama verdi. O, əməkdaşımızla söhbətdə “Qəbələ” ilə oyundakı məğlubiyyətdən danışıb və komandada hazırkı vəziyyət barədə məlumat verib:

“İstənilən komanda məğlub ola bilər. Heç kim məğlubiyyətdən sığortalanmayıb. “Neftçi” qış fasiləsindən sonra keçirdiyi 4 oyundan 100 faizli nəticə əldə edərək “altılıq” oyunlarına başlamışdı. Ancaq futbolda bəzən belə nəticələr qeydə alınır. Ola bilər ki, futbolçularda müəyyən qədər yorğunluğun olması da buna təsirini göstərdi. Lakin hazırda komandada ab-hava yaxşıdır. Əgər hansısa komanda məğlubiyyətdən sonra ruhdan düşmürsə, bu kollektivdəki birliyi göstərir ki, “Neftçi” bu mənada istisna deyil. Hazırda komandada durum yaxşıdır. Bu məğlubiyyət futbolçularda qarşıdakı oyunlara daha da əzmlə çalışma hirsi yaradıb”.

Süleymanov “Neftçi”nin çempionluq şanslarını da dəyərləndirib: “Altılıq”da olan hər bir komanda çempionluq üçün iddialıdır. Burada hər oyun çətindir və hər bir komanda xal itkiləri ilə üzləşə bilər. Maraqlı mübarizənin şahidi olacağımızı düşünürəm”.

FİFA-ya Mpenza ilə bağlı şikayət etmiş “Neftçi” klubunun vitse-prezidenti yenilikləri də diqqətə çatdırıb: “FİFA müraciətimizi qəbul edib. Bu barədə klubumuza rəsmi cavab verilib. Biz müqavilə şərtlərinin qeyri-qanuni şəkildə pozulması ilə bağlı şikayət etmişdik. Dünən, eləcə də bu gün müvafiq sənədlər də FİFA-ya təqdim edilib. Ümid edirik ki, haqlı tərəf qalib gələcək və bu, “Neftçi” olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail