Qurban Qurbanov: "Çempionluq ümidimiz var, amma çətindir"

13.03.2012 | 5864 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Stadium.az-a açıqlama verib. Ardıcıl uğurlu nəticələrdən sonra lider “Neftçi” ilə xal fərqini 5-ə endirmiş “Qarabağ”ın məşqçisi əməkdaşımızla söhbətdə çempionluq şanslarını dəyərləndirib:

“Açığı, 5 xal az fərq deyil. Həm də lider “Neftçi”dir. Ardıcıl qələbələr qazanırdı və məğlubiyyətsiz davam edirdi. Son turda onların uduzması fərqin azalması ilə nəticələndi. Bizdən öndə olan digər komandalar da var. Hər halda, çempionluq üçün ümidliyik, lakin çətin olduğunu bilirik. Çünki oyunların sayı azdır. Növbəti matçlara da qələbə üçün çıxacağıq. Çalışacağıq ki, maksimum nəticə əldə edək. Çünki “Neftçi”dən başqa “İnter” və “Xəzər Lənkəran” da bizdən öndədir. Məqsədimiz, ən pis halda, Avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdır”.

Baş məşqçi qış transfer mövsümündə heyətə cəlb edilmiş Muarrem Muarremin də çıxışına qiymət verib. O, makedoniya millisində çıxış edən yarımmüdafiəçi barədə bunları deyib: “Muarrem qış fasiləsində komanda ilə birlikdə məşq edə bilmədi. Ona görə də uyğunlaşmaqda müəyyən qədər problem yaşadı. Lakin get-gedə oyununun yaxşılaşdığını görürük. Düzdür, hələ ki, tam formada deyil, lakin uyğunlaşma prosesi müsbət istiqamətdə davam edir”.

Qurbanov komandanın məşqçisi Elçin Rəhmanovun “Qarabağ” – “Xəzər Lənkəran” matçında texniki zonaya göndərilməsi və İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalanması barədə də fikir bildirib: “Oyun ərzində bir neçə dəfə etirazı bildirdi. Bundan sonra da ehtiyat hakimin xəbərdarlığı ilə tribunaya göndərildi. Qərarı düzgün hesab edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail