"Bunu faciəyə çevirmək istəmirəm" - Aftandil Hacıyev

25.09.2021 | 4451 dəfə oxunub

"Fərqli iki hissə izlədik. Oyuna yaxşı başlamadıq və qapımızda iki qol gördük. Fasilədən əvvəl fərqi azaltdıq və ikinci hissəyə müəyyən əvəzetmələrlə girdik. Düşünürəm ki, ikinci 45 dəqiqədə yaxşı oynadıq". 

Stadium.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Zirə"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfrasında deyib. 

41 yaşlı mütəxəssis 21 yaşlı Elmir Tağıyevin ilk dəfə meydana çıxdığını xatırladıb: "Bu, bizi sevindirir. Zədədən qayıdan oyunçularımız var idi. İki oyundur ki, məğlub oluruq, amma bunu faciəyə çevirmək istəmirəm. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm".

Hacıyev rəqibin daha yaxşı oynadığı üçün qələbə qazandığını etiraf edib: "Ancaq ikinci hissədə komandamızın oyunundan razı qaldım. Oyunu gücləndirmək üçün futbolçumuz yox idi. İkinci hücumçu meydana buraxmaq istəyirəm, amma kimi buraxım?" (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail