Ozan Can Kökçü Azərbaycan millisindən imtina etdi

02.11.2021 | 3540 dəfə oxunub

U-21 millimizin sabiq üzvü Ozan Can Kökçü Azərbaycanın əsas millisində oynamaq təklifini qəbul etməyib. Stadium.Az xəbər verir ki, bunu onun qardaşı Orkun Can Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

O, AFFA-nın qardaşına Azərbaycanın A millisində oynamağı təklif etdiyini, ancaq Ozan Canın Türkiyə millisində çıxış etmək istədiyini bildirib: "Qardaşım Azərbaycanın U-21 yığmasında oynadı. Amma indi orda çıxış etmir. Türkiyə milli komandasına dəvət olunmaq ehtimalı olduğuna görə Azərbaycandan imtina etdi deyə bilərəm. “Sabah”da çıxış edərkən U-21-ə çağırdılar. Qısa zamanda pasport verdilər. Qardaşım həm də Azərbaycan vətəndaşıdır. Azərbaycan milli komandası onu istəyir, amma Türkiyədən təklif gələr deyə hələ bunu qəbul etməyib. 1998-ci il təvəllüdlüdür. Hücumun cinahlarında və pleymeyker mövqeyində çıxış edə bilir".

Ozan Can Kökçü 2017-2020-ci illərdə U-21 yığmamızda çıxış edib və 17 qarşılaşmada 2 qol vurub. O, hazırda Niderlandın "Telstar" klubunda oynayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail