Qurban Qurbanov: "Futbolçularım möhtəşəm mövsüm keçirdilər"

16.12.2021 | 5382 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında qarşılaşma haqqında danışıb:

- Hamının fikrində nə vaxt evə getmək var idi. Bəlkə də, bəzi epizodlarda hiss olundu. Amma sona qədər rəqib çətin oyuna məcbur elədi. Futbolçularım möhtəşəm mövsüm keçirdilər. Çox əziyyət çəkdilər, çətinliklərdən keçdilər. Amma özlərini peşəkar, kişi, əsl idmançı kimi apardılar. Ümumi nəticələrimiz də pis olmadı. Rəşad Sadıqovun komandasının da çox yaxşı oyun üslubu var.

- 2022-ci ildə "Qarabağ"a hansı uğurları arzulayırsınız?

- Hər qarşıdakı ildə, mövsümdə həmişə komandama sağlamlıq arzulayıram. İnsan sağlam olanda istəyi və həvəsi də çox olur. Bütün xalqımıza da hər il daha sağlam, gümrah, xoşbəxt həyat arzulayıram. Uğur olaraq, həmişə minimum olduğumuz yerdə qalmağı, stabil olmağı arzulamışam. Hansısa səviyyəyə çatmışıqsa, orada qalmağı arzulamışıq.

- Aprelin 14-də Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunu var. Özünüzə hədiyyə etmək istəmirsiniz?

- Uşaqlar etsinlər. Qarşıda "Marsel"lə oyunumuz var. Həmin görüşdə yaxşı nəticə hamımız üçün böyük hədiyyə olar. Ona kimi hələ vaxt var.

- İndidən "Marsel"i rəhlil etməyə başlamısınız?

- Tam yox. Amma qarşıdakı günlərdə təhlil edəcəyik.

- Qarabağ adı sanki Avropada qəbuledilməz faktora çevrilib. UEFA-ya qarşı hansısa ciddi bildiriş, xahiş, tələb ola bilərmi?

- Məncə, buna ehtiyac yoxdur. Ən başlıcası odur ki, biz bilirik ki, Qarabağ Azərbaycandır. Bəli, emosiyalar daha da çoxalır. Səhvlərdən sonra istər-istəməz belə fikrə gəlirsən. Amma rəhbərliyimiz görüşə getmişdi, narazılıq bildirmişdi. Ancaq idmanda səhvlər, ədalətsizliklər olur. Bəlkə də, bizim pərdəarxası görmədiyimiz anlar olur. Ardıcıl 8 il qrupda oynadıq, bu il qrupdan da çıxdıq. Bəlkə də, hər hansı formada müraciət olacaq. Amma özüm və futbolçularım öz üzərimizdə daha da çox işləməliyik. Belə epizodlar bizi daha da böyüdür. Rəhbərliyimiz var, lazım olsa klub səviyyəsində hansısa müraciət ola bilər. Kiprdəki görüşdə təxribat olmuşdu. Bunun qarşısının alınması üçün müraciət də olmuşdu.

- Komandanın formada olduğu bir vaxtda qış fasiləsi komandaya çətinlik yaratmayacaq?

- Bu amil mütləq nəzərə alınacaq. İlə Azərbaycan kubokundan başlayacağıq. Yenə sıx qrafikə girəcəyik. Əvvəlki illərdən bir az fərqli olacaq. Ancaq indi futbolçuların istirahətə daha çox ehtiyacları var. Bu gün də bəzi oyunçuların yorulduğunu görürdük. Komandanı ritmə gətirmək üçün vaxtımız olacaq.

- "Marsel"lə oyuna qədər son transfer Rüstəm Əhmədzadə olacaq, yoxsa yeni futbolçular gətirməyi düşünürsünüz?

- Düşünürük, amma bunun nə dərəcədə alınacağını bilmirik. Yaydan bəri danışıqlar apardığımız oyunçular var.

- Hansı mövqelərə oyunçu gətirmək istədiyinizi bilmək olar?

- Orta xətt, hücumameyilli, o birini isə deməyəcəyəm.

- Musa Qurbanlı bu mövsüm 6 qol vurub və hazırda klubda 4 hücumçu var. Onun daha çox oynaması üçün harasa göndərmək fikriniz var?

- Məncə, az oynamadı. Özünü pis tərəfdən göstərmir. Qarşıda hamının şansı olacaq, çünki sıx qrafikə giririk. Heç bir oyunçu oyun sayı baxımından şikayətlənməyəcək. Biz oyunçularımızın sayının çox olmasını istəyirik. Məşq prosesinin yüksək səviyyədə keçməsini istəyirik. Eyni səviyyəli oyunçuların bir yerdə olması rəqabət yaradır və bu da inkişafa təkan verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail