Qurban Qurbanov 8 qolluq oyun barədə danışdı

16.04.2022 | 6858 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə oyundan (8:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Layiqli qələbə qazandıq. Futbolçularımız oyuna yaxşı hazırlaşmışdılar. İlk dəqiqələrdən hiss olunurdu ki, hamıda yüksək konsentrasiya var. Komandamız məşqdə çəkilən əziyyətin bəhrəsini gördü. Bu gün azarkeşlər də oyundan zövq aldılar. Belə nəticələr il ərzində nadir hallarda olur. Mənim özümün də belə nəticələrim olub. Futboldur, bundan qaçmaq mümkün deyil. İstənilən komanda istənilən rəqibə çox qol vura bilər. Oyunçularımı hər görüşə daha yaxşı hazırlaşdırmaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir. Bundan sonra Şamaxı səfərlərimiz olacaq. Orada xeyli sayda azarkeş qarşısında oynaycağıq.

- Bunu ad günü hədiyyəsi kimi qəbul eləmək olar?

- Mənim üçün hər bir qalibiyyət hədiyyədir.

- İbrahima Vadji ilə Norveç klublarının maraqlandığı ilə bağlı xəbərlər yayılır. Bu gün də het-trik etdi. Seneqallı forvardın çıxışı barədə nə deyə bilərsiz?

- Bəli, onunla maraqlanan klublar var idi. Amma o, bizim oyunçularımızdan biridir. Vadjinin öz özəllikləri var. Sadəcə, hər bir oyunçuya özünü göstərmək üçün şans verməyə çalışıram. Hər bir oyunçu mənim üçün çox vacibdir və hamıya ilk “11-liy”in üzvü kimi baxıram.

- 50 illik yubileyinizdə “Şöhrət” ordeni ilə mükafatlandırıldınız. Bu mükafatlar sizi məsuliyyətinizi daha da artırır? Və bundan öncədən xəbəriniz var idimi?

- Mütləq artırır. Gələcək karyeram, işim üçün çox vacibdir. Daha da işgüzar olmalıyam. Bu, karyeramın ən dəyərli hədiyyəsi idi. Cənab Prezidentə bir daha təşəkkür edirəm. Onunla çox maraqlı diskusiyalarımız olur. İdmançılarımızın uğurlarını yada salır, maraqlı faktları deyir. Bu da onu göstərir ki, həm digər idman növləri, həm də futbolla çox yaxından maraqlanır və futbola sevgisi həddən artıq çoxdur. Belə bir mükafatı əldə etmək mənim üçün böyük motivasiya oldu. Öncədən xəbərim yox idi. Başda cənab Prezident olmaqla, məni təbrik edən hər kəsə təşəkkür edirəm.

- Qarşıda Azərbaycan kubokunun yarımfinal matçları gəlir. “Qəbələ” ilə ardıcıl 3 matça çıxacarsınız. Bu qrafikdən sonra xeyli fasilə yaranacaq və ardından kubokun finalı olacaq. Bu barədə nə deyə bilərsiz?

- Kubok oyunlarını həmişə fərqləndirmişəm. Çünki burada mərhələ iki matçdan ibarət olur. İstənilən komanda ən yaxşı səviyyəsini ortaya qoyub, bu şansdan istifadə etmək istəyir. Hər il qarşımıza məqsəd qoyuruq ki, iştirak etdiyimiz turnirlərdə maksimum irəliləyək. İlk olaraq Qəbələdə yaxşı oyun göstərməyə və uğurlu nəticə əldə etməyə çalışacağıq.

- Patrik Andradenin müqaviləsi bitir və onun bəzi təklifləri var. Həm o, həm də icarə əsasında komandanızda olan qapıçınız Luka Quqeşaşvili ilə bağlı planlarınız nələrdir?

- Hər iki oyunçudan razıyam. Patrik hazırda “Qarabağ”ın futbolçusudur. Bəli, müqaviləmiz bitmək üzrədir. Ancaq qarşıda hələ oyunlarımız var. Klub rəhbərliyi onunla danışıqlar aparacaq. Bu məsələdə futbolçunun da istəyi vacibdir. İlk olaraq onun burada qalmaq sevgisi olmalıdır. Luka da çox perspektivli qapıçıdır. Onda qapıçıya lazım olan bütün xüsusiyyətlər var. Sadəcə, daha istəkli olmalıdır. Şahruddin Məhəmmədəliyev də çoxdan idi oynamırdı. Yavaş-yavaş öz tempini qaytarmağa başlayıb. Luka ilə bağlı da pozitiv düşüncədəyəm. Amma qarşıda hələ xeyli vaxtımız var. Yəqin ki, mövsümün sonunda hər şeyə aydınlıq gələcək.

- “Qarabağ” rəqiblərinə 4, 5, 8 qol vurur. Çempionatın səviyyəsinin, rəqabətin artması üçün hansısa fikirləriniz var?

- Xeyr, heç bir fikrim yoxdur. Hər bir rəqibə hörmətlə yanaşırıq. Qol sayı kənardan asan qələbə qazandığımız təəssüratı yarada bilər. Amma asan qələbə nadir hallarda olur. Özümüz daha yaxşı olmaq üçün çalışırıq. Bəlkə də, bunun nəticəsidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail