Patrik Andrade “Qarabağ”da qalacaq?

22.04.2022 | 17083 dəfə oxunub

Patrik Andrade ilə “Qarabağ” klubu arasında müqavilənin uzadılmasına dair danışıqlar davam edir.

Stadium.Az xəbər verir ki, tərəflərin indiyədək razılığa gələ bilməməsinin səbəbi Kabo-verdeli futbolçunun daha yüksək maaş tələb etməsidir. Hazırda 29 yaşlı futbolçu ilinə 200-300 min avro arası maaş alır. 

Andradenin müqaviləsi bu ilin iyununda başa çatır. O, yeni müqavilədə isə maaşının ən azı iki dəfə artırılaraq 600 min avroya qaldırılmasını tələb edib və qiymətdə güzəştə getmək istəmir. Klub isə ona 400 min avro təklif edib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən jurnalistlərlə söhbətində futbolçunun çox maaş istəməsi ilə bağlı istəyinə belə cavab verib: “Hər bir futbolçu öz oyununu yaxşılaşdırdığı kimi, yaşam tərzini də yaxşılaşdırmaq istəyir. Ona görə də bu məsələyə normal yanaşıram. Ola bilər ki, daha çox üzdə olub, təklifləri çoxdur. Belə düşüncəsi ola bilər. Hər halda burada qlobal problem görmürəm. Onunla dost kimi danışıq gedir. Düşünürəm ki, yaxşı olar. Hər zaman çalışırıq ki, kim nəyə layiqdirsə ona qarşılığını verək. Neçə illərdi bu işin içindəyəm və siz deyən məsələyə pis baxmıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail