Şahruddindən qalmaqallı paylaşım

24.11.2022 | 13615 dəfə oxunub

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev özünün İnstaqram səhifəsində Almaniya milli komandası ilə bağlı qalmaqal yarada biləcək paylaşım edib.

O, Almaniya millisinin DÇ-2022-də Yaponiyaya qarşı matçdan öncə çəkdirdiyi şəkli 11 rəqəmi və xoruz emojisi ilə paylaşıb. Bu isə həmin futbolçulara xitabən “11 xoruz”deməkdir.

Bəs, belə bir paylaşım nə ilə əlaqədardır?

Məlum olduğu kimi, daha əvvəl müxtəlif Avropa ölkələrinin federasiyaları bəyan edib ki, Qətərdə insan hüquqlarının pozulmasına qarşıdırlar. Bu səbəbdən və diskriminasiyaya etiraz kimi komandaları LGBT-yə dəstək olaraq DÇ-2022 zamanı meydana One Love yazılı göy qurşağı təsviri olan kapitan sarğıları ilə daxil olmağı planlaşdırırlar. Lakin FİFA milli federasiyaların bu istəyinə qarşı çıxıb. Qurum komandaların kapitanlarına üzərində göy qurşağı təsviri olan sarğı ilə meydana çıxmağı qadağan edib. 

Bu gün isə Almaniya millisinin əsas heyətinin bütün üzvləri çəkdirdiyi kollektiv şəkildə əlləri ilə öz ağzlarını yumublar. Güman etmək olar ki, bununla onlar FİFA-ya etirazlarını ifadə ediblər.

Şahruddin İnstaqramın “History” bölməsində növbəti paylaşımında isə almanlara 2:1 hesabı ilə qalib gələn Yaponiya millisinin qələbə sevincinin şəklini yerləşdirib. O, şəklin üzərinə “One Love” sözlərini yazıb və gülüş emojilərı atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail