“Türk Hava Yolları” “Neftçi” ilə əməkdaşlığı dayandırdı

15.06.2023 | 808 dəfə oxunub

“Neftçi”nin titul sponsoru müəyyənləşib.

2023-2024 mövsümündə paytaxt təmsilçisinin yeni sponsoru qlobal brend olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq.

Sözləşməyə görə, əsas və əvəzedici komandaların oyun, həmçinin, məşq formalarının ön hissəsində SOCAR-ın loqosu əks olunacaq.

“Neftçi” 2018-ci ildə Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə sponsorluq müqaviləsi imzalamışdı. THY 2019-20 mövsümündən “ağ-qaralar”ın titul sponsoru olub. Ancaq adıçəkilən şirkətlə əməkdaşlıq müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, “Türk Hava Yolları”nın "Neftçi"nin titul sponsoru olduğu dövrdə də klubun baş sponsoru SOCAR olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail