Vüqar Nadirov: "Ehtiyatda qalmağımı problemə çevirmək lazım deyil" - MÜSAHİBƏ
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun Stadium.az saytına müsahibəsi:
- “Qəbələ” ilə xal itirməyiniz çempionluq yarışında sizə
ağır zərbə vurdumu?
- Əlbəttə, bu oyunda qızıldan qiymətli 2 xal itirdik.
Bununla belə, hələ də şansımızı saxlayırıq və ümidliyik. Komanda olaraq hər bir
oyuna final matçı kimi çıxırıq. Buna görə də, digər komandaların oyunları bizi
maraqlandırmır. Yəni, heç kimi fikirləşmirik, ancaq öz oyunumuza baxırıq.
- “Qəbələ”ni məğlub edə bilməməyinizin səbəbi nə
oldu?
- Problem onda oldu ki, yaratdığımız qol vəziyyətlərindən
istifadə edə bilmədik. Əgər şanslarımızdan yararlana bilsəydik, “Qəbələ”ni
böyük hesabla məğlub edərdik.
- Son oyunda meydana çıxmamağının səbəbi nə idi?
- Vallah, bunu məndən yox, baş məşqçidən soruşsanız
daha yaxşı olar. Məşqçi necə fikirləşirsə, elə də edir. Məsələn, ötən oyunda mənə
ehtiyac var idi, oynayırdım. Bu dəfə olmadı, oynamadım. Hər bir futbolçu kimi mən
də şansımı gözləyirəm. Baş məşqçi nə zaman şans versə, o vaxt da çıxıb
oynayacağam. Ehtiyatda qalmağımı da problemə çevirmək lazım deyil. Baş məşqçinin
fikrinə hörmətlə yanaşıram. Bizdə əsas məsələ kimin oynaması yox, “Qarabağ”ın
uğur qazanmasıdır.
- Kubokda “Qəbələ” ilə cavab oyununuz var. Bu görüş
barədə nə düşünürsən?
- “Qəbələ” çox ciddi rəqibdir. Həm də güclü heyət
formalaşdırıblar. Heyət baxımından onlarda bahalı və səviyyəli futbolçular
toplaşıb, xüsusən də legionerlər. Bununla belə, inanıram ki, kubokda mərhələni
adlayan biz olacağıq.
- Bu tur “Bakı” ilə oynayacaqsınız. Son dəfə bu
komandanı çox asanlıqla məğlub etmişdiniz. Səncə, bu dəfə necə olacaq?
- “Bakı”da baş məşqçi dəyişikliyi oldu və bundan
sonra komanda bir qədər toparlanıb. Bunun nəticəsidir ki, kubokda AZAL-ı,
çempionatın son turunda isə “Xəzər Lənkəran” kimi komandanı səfərdə məğlub
etdilər. Bu məqamlara baxmayaraq, qarşıdakı oyunda da hər şey özümüzdən asılı
olacaq.
Söhbətləşdi: Tahir Binnətli
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |