İslam...
Bu adın hansı mənanı kəsb etməsi hər kəsə məlumdu. Qısa da olsa diqqət nəzərinizə çatdırım ki, müxtəlif qollara parçalanan bütün müsəlman dünyasını birləşdirən məqam İslam dinidir. Dünyada ən mükəmməl din olan İslam dinini parçalamaq üçün avropa ölkələri hazırda əllərindən gələni edirlər ki, İslamı parçalasınlar. Belə bəd niyyətli insanlar İslamı parçalaya bilməsələr də, onu qollara ayıra biliblər. Maraqlısıda odur ki, bu qollar İslamı insanlara olduğu kimi deyil, onlara verilən göstəriş əsasında təbliğ edirlər. Hər nə olursa, yenə də İslama olur.
Sözümü qəribçiliyə salmayın, biri belinə bomba bağlayır, “Allahu Əkbər” deyib düyməni basır, özünü külə, ətrafındakıları isə cəsəd(lər)ə çevirir. Bax bu, İslam deyil. İslam, haqqdır, ədalətdir!.
Nə yazıq ki, İslam adını xüsusiləşdirərək (daha doğrusu, onlara qoyulan bu adı) üzərlərində daşıyanlar da, İslama layiqli insanlar olmurlar (təbi ki, olanları da var, yəqin). Adın İslamdırsa, əxlaqın, mərifətin hədsiz dərəcədə çox olmalı, camalı yüksək durmalı, nəfsin olmamalıdır. Yoxsa, adın İslamdırsa, nəfis salıb göz dikdiyindən pul-para istəməməlisən. Öz kölgəndən qorxmamalı, digərlərinkindən də qaçmamalısan. İslam, çalış, adından həya et ki, həyasızlıq canından çıxsın.
Başınızı ağrıtmayım, amma aşağıdakıları da diqqətinizə çatdırmağı özümə borc bildim:
Əbuzər soruşdu: ”Ey Allahın Rəsulu! Allahdan qorxanlar, Onun qarşısında özünü əskik sayanlar, təvazökarlar və Allahı çox xatırlayanlar başqalarına nisbətən cənnətə daha tez girəcəklərmi?“. Peyğəmbər buyurdu: ”Xeyr, cənnətə ən tez girənlər kasıb müsəlmanlar olacaqlar. Onlar sanki başqalarının çiyni üzərinə qalxıb cənnətə yaxınlaşacaqlar. Cənnətin gözətçisi onlara deyəcək ki, burada durun, qoy hesabınızı çəksinlər. Onlar cavab verəcəklər: ”Bizdən nəyin hesabını çəkəcəklər? Vallahi, dünyada nə vəzifəmiz və gücümüz var idi ki, onunla ya zülm edəydik, ya da ədalət göstərəydik. Nə də var-dövlətimiz var idi ki, ya simiclik edəydik, ya da israf. Biz öz Rəbbimizə ibadət edir, O bizi (bəndəliyə və itaətə) çağıranda dəvətinə cavab verirdik (yəni Onun əmr və qadağanlarına riayət edirdik)“.
Peyğəmbər də Əbuzərdən soruşdu: “Cənnətə düşmək istəyirsənmi?”. Əbuzər cavab verdi: “Əlbəttə istəyirəm”. Peyğəmbər buyurdu: “Elə isə arzu-xəyalları azalt, ölümü həmişə göz önündə tut, Allahdan lazımınca utan (həya et)”. Əbuzər dedi: “Biz hamımız Allahdan utanırıq”. Peyğəmbər buyurdu: “Həya bu deyil. Allahdan həya etmək odur ki, ölümü unutmayasan, qarnını (haramdan) boş saxlayasan, beynini (haram və mənasız fikirlərdən) uzaq tutasan. Hər kim axirətdə kəramət (ucalıq) istəyirsə, bu dünyanın bər-bəzəyini əynindən yerə tökməlidir. Dediyim kimi olsan, Allahın vəlayətinə çatarsan”.
Bunlar hər bir müsəlmana adiidr, amma adı İslam olanlar üçün daha vacibdir. Çünki çox şərəfli adın altındadırlar. Bilin ki, var-dövlət və şan-şöhrət sevgisi insanın dini üçün sürüyə hücum edən və səhərə kimi heyvanları parçalamaqla məşğul olan canavarlardan daha qorxuludur.
Və bilməlisiz ki, qiyamətdə hesaba çəkilməzdən əvvəl bu dünyada özünü hesaba çəkməlisən. Bu, sənin sabahkı hesabının yüngül olmasına kömək edər. Mizan tərəzisində əməllərin çəkilməzdən əvvəl bu dünyada onları (öz vicdan tərəzində) çəkməlisən. İslam, bax bunu edə bilsən, onda anlayacaqsan ki, başın qumun altındadır, sənin nə etdiyini, harada olduğunu bilmədiyini düşünsən də, bütün gizli yerlərin millətin gözü önündədir.
İslam, ağıllı olmalıdır! Yoxsa, İslamdakı günahlardan da söz açarıq!..
Vüsal GÖZƏLOV
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |